15 mar 2023
Gündəlik İşıq, 16 mart: Rəbbə həmd edin! (Zəbur 147:1)
Gündəlik İşıq
Axı həyatınız nədir ki? Qısa bir müddətə görünüb sonra da yox olan buxardır.
Yaqub 4:14
Günlərim sürətlə qaçır, çapardan sürətlidir, Bir xeyir tapmadan qaçırlar. Qamış qayıq kimi keçib gedirlər Ovunun üstünə şığıyan qartal kimidirlər.
Əyyub 9:25–26
İnsanları silirsən, çəkilirlər, Elə bil ki yuxudurlar. Sanki sübh çağı yerdə bitən otdurlar, Səhər boy atar, çiçək açar, Axşamsa solar, quruyar.
Zəbur 90:5–6
Qadından doğulan insanın ömrü azdır, Həyatı sıxıntı ilə doludur. Çiçək kimi açar, solar.
Əyyub 14:1–2
Dünya və ondakı ehtiraslar keçib-gedir, amma Allahın iradəsinə əməl edən əbədi qalır.
1 Yəhya 2:17
Onlar yox olacaq, amma Sən qalacaqsan, Hamısı paltar kimi köhnələcək, Onları geyim kimi dəyişdirəcəksən, Keçib-gedəcəklər. Amma Sən dəyişməzsən, İllərin tükənməzdir.
Zəbur 102:26–27
İsa Məsih dünən, bu gün və əbədi olaraq eynidir.
İbrani̇lərə 13:8
Ruhən də, şüurlu surətdə də ilahi oxuyacağam.
1 Kori̇nfli̇lərə 14:15
Bunun əvəzinə Ruhla dolun. Bir-birinizə məzmurlar, ilahilər və ruhani nəğmələr oxuyun, Rəbbə ürəkdən nəğmələr çalıb-oxuyun.
Efesli̇lərə 5:18–19
Qoy aranızda Məsihin kəlamı bütün zənginliyi ilə yaşasın. Bir-birinizə tam müdrikliklə təlim və nəsihət verin, məzmurlar, ilahilər və ruhani nəğmələr söyləyib ürəklərinizdə Allaha minnətdar ola-ola nəğmə oxuyun.
Kolosseli̇lərə 3:16
Mənim dilim Rəbbə həmd oxuyacaq, Qoy Onun müqəddəs isminə bütün bəşəriyyət əbədilik alqış etsin!
Zəbur 145:21
Rəbbə həmd edin! Allahımızı tərənnüm etmək nə qədər yaxşıdır! O buna layiqdir, Ona həmdlər söyləmək xoşdur! Rəbbə şükür nəğməsi söyləyin, Allahımızı lira ilə tərənnüm edin!
Zəbur 147:1, 7
Mən göydən gur suların sədasına və güclü göy gurultusuna bənzər bir səs eşitdim. Eşitdiyim səs çəng çalanların çənglərinin səsi kimi idi.
Vəhy 14:2
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax14 mar 2023
Ti̇tə 2:10 · Fi̇li̇pi̇li̇lərə 1:27
13 mar 2023
1 Ti̇moteyə 2:5 · İbrani̇lərə 2:14
12 mar 2023
Saylar 6:25–26 · Yəhya 1:18
11 mar 2023
Saylar 6:24 · Süleymanin Məsəlləri̇ 10:22
10 mar 2023
Yaradiliş 22:14 · Yaradiliş 22:8
9 mar 2023
1 Ti̇moteyə 6:17 · Qanunun Təkrari 8:11–12
