Oyaq ol və sağ qalıb ölmək üzrə olan nəyin varsa, onu möhkəmləndir. Çünki Mən sənin əməllərinin Allahımın önündə kamil olmadığını gördüm.
VƏHY 3:2
Gündəlik İşıq

Oyaq ol və sağ qalıb ölmək üzrə olan nəyin varsa, onu möhkəmləndir. Çünki Mən sənin əməllərinin Allahımın önündə kamil olmadığını gördüm.
VƏHY 3:2
Hər şeyin sonu yaxındır. Beləliklə, ağıllı-kamallı olun və dua etmək üçün ayıq durun.
1 PETER 4:7
Ayıq durun, oyaq olun. Çünki düşməniniz olan iblis nərildəyən və kimisə aşırmaq istəyən aslan kimi dolaşır.
1 PETER 5:8
Ancaq diqqətli olun. Gözünüzlə gördüklərinizi unutmamaq və ömür boyu yaddan çıxarmamaq üçün böyük səy göstərin. Bunları övladlarınıza, nəvələrinizə öyrədin.
QANUNUN TƏKRARI 4:9
Amma saleh adamım imanla yaşayacaq. Əgər geri çəkilsə, ondan razı qalmayacağam». Bizsə geri çəkilib həlak olanlardan deyilik; iman edib canlarının xilasına nail olanlardanıq.
İBRANİLƏRƏ 10:38-39
Sizə söylədiklərimi hamıya deyirəm, oyaq olun!»
MARK 13:37
Qorxma, çünki Mən səninləyəm, Dəhşətə gəlmə, çünki Allahın Mənəm. Səni qüvvətləndirəcəyəm, Sənə kömək edəcəyəm. Sadiq sağ əlimlə Sənə dayaq olacağam.
YEŞAYA 41:10
Çünki sənin sağ əlindən tutub «Qorxma, sənə kömək edəcəyəm» deyən Allahın Rəbb Mənəm.
YEŞAYA 41:13
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
20 mar 2023
Psalms 119:130
19 mar 2023
Acts 3:26
18 mar 2023
Isaiah 38:14
17 mar 2023
Leviticus 1:4
16 mar 2023
James 4:14
15 mar 2023
Hebrews 2:10
14 mar 2023
Titus 2:10

Rapture
Rapture'ı, onun Müqəddəs Kitab əsasını və Məsihin qayıdışı ilə bağlı xristianların niyə fərqli fikirlərə…
Şagirdlik
Xristianlar İsa ilə keçirdikləri vaxtı əks etdirən bir həyat yaşamalıdırlar. Güclü bir şəhadəti qorumaq üçün…
İsa Məsih
İsa Kafarnaumda qüdrətlə təlim verdi, insanları heyrətə saldı. Sinaqoqdakı nəcis ruh şeytanın dindən…
Təqib
Xristianların qlobal miqyasda niyə təqib olunduğunu araşdırın, bunu qaranlığa qarşı ruhani müharibə kimi…

Rapture
Rapture'ı, onun Müqəddəs Kitab əsasını və Məsihin qayıdışı ilə bağlı xristianların niyə fərqli fikirlərə…

Şagirdlik
Xristianlar İsa ilə keçirdikləri vaxtı əks etdirən bir həyat yaşamalıdırlar. Güclü bir şəhadəti qorumaq üçün…
Məsəllər
İsanın Matta 13-dəki Buğda və Alaq Otları məsəlini araşdırın. Onun mənasını, tarixi bütövlüyünü və bu gün…
Günah
Ürəyin və günahın onun ruhani xəstəliyi kimi Müqəddəs Kitab mənasını araşdırın. Allahın baxış bucağını…

İsa Məsih
İsa Kafarnaumda qüdrətlə təlim verdi, insanları heyrətə saldı. Sinaqoqdakı nəcis ruh şeytanın dindən…