4 apr 2023
Gündəlik İşıq, 5 aprel: Onlar getdikləri kəndə yaxınlaşdılar
Gündəlik İşıq
Mənə xeyir-dua verməsən, Səni buraxmaram.
Yaradiliş 32:26
Yaxud qoy Mənə pənah gətirsinlər, Mənimlə barışsınlar, Bəli, qoy Mənimlə barışsınlar.
Yeşaya 27:5
Ey qadın! İmanın böyükdür; sənə istədiyin kimi olsun.
Matta 15:28
Sizə imanınıza görə olsun.
Matta 9:29
Amma qoy heç şübhə etmədən, imanla diləsin. Çünki şübhə edən adam küləyin qaldırdığı və hərəkətə gətirdiyi dəniz dalğasına bənzəyir. Qoy belə adam düşünməsin ki, Rəbdən bir şey alacaq.
Yaqub 1:6–7
Onlar getdikləri kəndə yaxınlaşdılar. İsa Özünü yoluna davam etmək istəyən kimi apardı. Amma onlar İsadan təkidlə xahiş edib dedilər: «Bizimlə qal, çünki axşam düşür və gün batmaq üzrədir» ... Amma İsa onlar üçün görünməz oldu. Onlar bir-birlərinə dedilər: «O, yolda bizimlə danışıb və Müqəddəs Yazıları bizə izah edəndə bizim ürəklərimiz alışıb-yanmırdımı?»
Luka 24:28–29, 31–32
Doğrudan da, Sənin gözündə lütf tapmışamsa, yalvarıram, öz yolunu mənə agah elə ki, Səni tanıyım və gözündə lütf tapım. ... O isə Musaya cavab verdi: «Mənim hüzurum səninlə gedəcək. Özüm sənə rahatlıq verəcəyəm».
Çixiş 33:13–14
Gözümüzü imanımızın Banisi və Kamilləşdiricisi olan İsaya dikək.
İbrani̇lərə 12:2
Var olan, Var olmuş və Gəlməli olan Külli-İxtiyar Rəbb Allah deyir: «Alfa və Omeqa Mənəm!»
Vəhy 1:8
Bunları kim etdi, tamamladı? Əzəldən bəri nəsilləri çağıran kimdir? Mən Rəbb birinciyəm və axırda da Mən varam.
Yeşaya 41:4
Qoy sülh qaynağı olan Allahın Özü sizi tamamilə təqdis etsin və Rəbbimiz İsa Məsihin zühurunda ruhunuz, canınız və bədəniniz nöqsansız olaraq qorunsun. Sizi çağıran Allah sadiqdir və bunu edəcək.
1 Saloni̇kli̇lərə 5:23–24
Sizdə xeyirli işə başlayan Allah Məsih İsanın zühur edəcəyi günədək bunu başa çatdıracaq.
Fi̇li̇pi̇li̇lərə 1:6
Siz bu qədərmi ağılsızsınız? Ruhla başlayandan sonra indi cismani səyləmi bitirirsiniz?
Qalati̇yalilara 3:3
Rəbb mənə verdiyi vədə əməl edir.
Zəbur 138:8
Çünki sizdə fəaliyyət göstərən Allahdır, belə ki Onun xoş məramını həm istəyəsiniz, həm də bunun üçün fəaliyyət göstərəsiniz.
Fi̇li̇pi̇li̇lərə 2:13
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax3 apr 2023
2 Peter 3:8–9 · Yeşaya 55:8–11
2 apr 2023
1 Yəhya 5:21 · 2 Kori̇nfli̇lərə 6:17–18
1 apr 2023
Qalati̇yalilara 5:22 · Romalilara 14:17
31 mar 2023
Fi̇li̇pi̇li̇lərə 4:19 · Matta 6:33
30 mar 2023
Yaradiliş 24:63 · Zəbur 19:14
29 mar 2023
Matta 25:34 · Luka 12:32
