27 apr 2023
Gündəlik İşıq, 28 aprel: Kim ki şükür qurbanı təqdim edir
Gündəlik İşıq
Dünyanın günahını aradan götürən Allah Quzusu budur!
Yəhya 1:29
Çünki buğaların və təkələrin qanı ilə günahları aradan qaldırmaq qeyri-mümkündür. Buna görə Məsih dünyaya gələndə deyir: «Qurban və təqdim istəmədin, Amma Mənə bir bədən hazırladın. Yandırma qurbanı, günah qurbanından xoşun gəlmədi. O zaman dedim: “Budur, gəlmişəm, Kitab tumarında Mənim haqqımda yazılıb. Ay Allah, Sənin iradəni yerinə yetirim”».
İbrani̇lərə 10:4–7
Ona zülm etdilər, O iztirab çəkdi, amma ağzını açmadı. Kəsilməyə aparılan quzu kimi, Qırxımçıların qabağında dilsiz qoyun kimi Ağzını açmadı.
Yeşaya 53:7
Siz ata-babalarınızdan irs olaraq aldığınız puç həyat tərzindən qızıl ya gümüş kimi fani şeylərlə deyil, qüsursuz və ləkəsiz quzuya bənzəyən Məsihin qiymətli qanı bahasına satın alınmısınız. Dünya yaranmazdan əvvəl tanınmış Məsih bu axır zamanda sizə görə zühur etdi. Məsih vasitəsilə siz Onu ölülər arasından dirildib izzətləndirən Allaha iman edirsiniz. ... imanınız və ümidiniz Allaha bağlıdır.
1 Peter 1:18–21
Kəsilmiş Quzu Qüdrəti, sərvəti, hikməti, qüvvəti, Şərəfi, izzəti və alqışı Almağa layiqdir.
Vəhy 5:12
Mənsə hər zaman Sənə ümid bağlayacağam, Sənə həmd oxuduqca oxuyacağam.
Zəbur 71:14
Demirəm ki, indi bunlara malik olmuşam və yaxud kamilləşmişəm.
Fi̇li̇pi̇li̇lərə 3:12
Bunun üçün Məsih barəsindəki ibtidai təlimi geridə buraxıb kamilliyə doğru irəliləyək. Ölüm gətirən əməllərdən tövbə edib Allaha iman etmənin təməlini.
İbrani̇lərə 6:1
Salehlərin yolu isə dan yeri tək şəfəq saçar, Nurunu artıraraq gündüzə qovuşar.
Süleymanin Məsəlləri̇ 4:18
Rəbbi sevirəm, Çünki O, yalvarışımı eşidir. Səsimə qulaq asdığı üçün Nə qədər varam, Onu çağıracağam.
Zəbur 116:1–2
Hər zaman Rəbbə alqış edəcəyəm, Ona daim mənim dilim həmd edəcək.
Zəbur 34:1
Ey Allah, Səni Sionda həmdlər gözləyir.
Zəbur 65:1
Bu məxluqlar gecə-gündüz dayanmadan deyir: Var Olmuş, Var Olan və Gəlməli Olan Külli-İxtiyar Rəbb Allah.
Vəhy 4:8
Kim ki şükür qurbanı təqdim edir.
Zəbur 50:23
Daima sevinin, durmadan dua edin, hər vəziyyətdə şükür edin. Çünki bunlar Məsih İsada olan sizlər üçün Allahın iradəsidir.
1 Saloni̇kli̇lərə 5:16–18
Rəbdə həmişə sevinin! Bir də deyirəm: sevinin!
Fi̇li̇pi̇li̇lərə 4:4
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax26 apr 2023
Nəğmələr Nəğməsi̇ 2:6 · Qanunun Təkrari 33:27
25 apr 2023
Matta 1:21 · 1 Yəhya 3:5
24 apr 2023
Yaradiliş 21:1 · Zəbur 62:8
23 apr 2023
Zəbur 18:18 · Yeremya 3:23
22 apr 2023
Levi̇li̇lər 1:3–4 · Yaradiliş 22:8
21 apr 2023
Fi̇li̇pi̇li̇lərə 4:1 · Əyyub 23:11
