20 may 2023
Gündəlik İşıq, 21 may: Sonuncu Adəm isə həyat verən ruh oldu
Gündəlik İşıq
Rəbdə və Onun böyük qüvvəsində möhkəmlənin.
Efesli̇lərə 6:10
Lütfüm sənə kifayətdir, çünki zəiflik olanda qüvvə tam olur. Məsihin qüvvəsi məndə məskən salsın deyə zəifliklərimlə daha çox sevinə-sevinə öyünəcəyəm. Ona görə də Məsih uğrunda zəifliklərə, təhqirlərə, ehtiyaclara, təqiblərə və sıxıntılara məmnuniyyətlə dözürəm, çünki mən zəifləyəndə qüvvətlənirəm.
2 Kori̇nfli̇lərə 12:9–10
Ey Xudavənd Rəbb, qüdrətinlə dolanıb-gəzəcəyəm, Sənin, yalnız Sənin salehliyini bəyan edəcəyəm.
Zəbur 71:16
Çünki o, iman edən hər kəsin – əvvəlcə Yəhudinin.
Romalilara 1:16
Mənə qüvvət verən Məsihin köməyi ilə hər işə gücüm çatır.
Fi̇li̇pi̇li̇lərə 4:13
Bu məqsədlə də zəhmət çəkirəm və Onun məndə qüdrətlə fəaliyyət göstərən qüvvəsi ilə mübarizə aparıram.
Kolosseli̇lərə 1:29
Üstün qüvvənin bizdən yaranmadığı, Allaha aid olduğu bilinsin deyə bu xəzinəni saxsı qablarda saxlayırıq.
2 Kori̇nfli̇lərə 4:7
Çünki Rəbbin verdiyi sevinc sizin qüvvətinizdir.
Nehemya 8:10
Hər şeyə dözərək səbir edə bilməniz üçün Onun izzətli qüvvəsinə güvənərək hər cür qüdrətlə möhkəmlənəsiniz.
Kolosseli̇lərə 1:11
Sizi Oğlu Rəbbimiz İsa Məsihlə şərik olmağa çağıran Allah sadiqdir.
1 Kori̇nfli̇lərə 1:9
Çünki O Öz xalqını günahlarından xilas edəcək.
Matta 1:21
Özünü aşağı tutdu və ölümə qədər – çarmıx üzərində ölümə qədər itaət göstərdi. Buna görə də Allah Onu çox ucaltdı və Ona lütflə bütün adlardan ali bir ad verdi ki, göydə, yerdə və yerin altında olanların hamısı İsanın adına ehtiram edərək diz çöksün.
Fi̇li̇pi̇li̇lərə 2:8–10
Məsih deyilən məsh olunmuş Şəxs gələcək və gələndə bizə hər şeyi bildirəcək.
Yəhya 4:25
Çünki fəqirlərə müjdəni bildirmək üçün O məni məsh etdi. Qəlbi sınıq olanlar üçün, yaralarını sarımaq üçün, Əsirlərə azadlıq.
Yeşaya 61:1
Sonuncu Adəm isə həyat verən ruh oldu. ... ikinci İnsan göydən yarandı.
1 Kori̇nfli̇lərə 15:45, 47
Tomas cavab verib Ona «Ya Rəbbim və Allahım!» dedi.
Yəhya 20:28
Siz Məni “Müəllim” və “Rəbb” deyə çağırırsınız və doğru deyirsiniz, çünki Mən elə Oyam. İndi ki Mən Rəbb və Müəllim olduğum halda sizin ayaqlarınızı yudum, siz də bir-birinizin ayaqlarını yumalısınız. Çünki sizə nümunə göstərdim ki, Mənim sizə etdiyimi siz də bir-birinizə edəsiniz.
Yəhya 13:13–15
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax19 may 2023
Zəbur 51:2 · Yeremya 33:8
18 may 2023
Yəhya 5:26 · 2 Ti̇moteyə 1:10
17 may 2023
Yezekel 20:19 · 1 Yəhya 2:6
16 may 2023
Romalilara 1:1 · Yəhya 13:13
15 may 2023
Vəhy 21:4 · Yeşaya 25:8
14 may 2023
Fi̇li̇pi̇li̇lərə 3:10 · Matta 10:25
