13 may 2023
Gündəlik İşıq, 14 may: Adamlar ona həqarətlə baxıb rədd etdi
Gündəlik İşıq
Əzablarına şərikliyi də dərk edim və Onun ölümündə Ona bənzəyim ki.
Fi̇li̇pi̇li̇lərə 3:10
Şagirdin öz müəllimi, qulun isə öz ağası kimi olması ona kifayətdir.
Matta 10:25
Adamlar ona həqarətlə baxıb rədd etdi. O, dərdli, xəstəlikləri görən insan idi, Adamlar ondan üz döndərdi, xor baxdı. Biz ona qiymət vermədik.
Yeşaya 53:3
Dünyada əziyyətiniz var, amma cəsarətli olun!
Yəhya 16:33
Amma siz dünyadan deyilsiniz, Mən sizi dünyadan seçdim, buna görə dünya sizə nifrət edir.
Yəhya 15:19
Çox axtardım, halıma yanan tapılmadı, Hey axtardım.
Zəbur 69:20
Mən ilk dəfə müdafiə olunanda heç kim mənə tərəfdar çıxmadı.
2 Ti̇moteyə 4:16
Tülkülərin də yuvası, göydə uçan quşların da yuvası var. Amma Bəşər Oğlunun başını qoymağa belə, yeri yoxdur.
Matta 8:20
Çünki burada daimi şəhərimiz yoxdur, amma biz gələcək şəhəri axtarırıq.
İbrani̇lərə 13:14
Buna görə bu qədər böyük şahidlər buludu ilə əhatə olunduğumuz üçün biz hər bir yükü və bizi asanlıqla çaşdıran günahı tərk edib qarşımızdakı yarışda dözümlə qaçaq. Gözümüzü imanımızın Banisi və Kamilləşdiricisi olan İsaya dikək. O, qarşısına qoyulan sevincə görə rüsvayçılığı heç sayıb çarmıxa çəkilməyə tab gətirdi və Allahın taxtının sağında oturdu.
İbrani̇lərə 12:1–2
Onlar Quzunun qanı və öz şəhadət sözləri vasitəsilə Ona qalib gəldilər.
Vəhy 12:11
Allahın seçdiyi adamları kim ittiham edə bilər? Onları saleh sayan Allahdır! Məhkum edən kimdir? Ölmüş.
Romalilara 8:33–34
Çünki həyat verdiyinə görə kəffarə edən qandır.
Levi̇li̇lər 17:11
Rəbb Mənəm. Sizin olduğunuz evlər üzərindəki qan sizin üçün əlamət olacaq. Qanı görəndə yan keçəcəyəm və Misir ölkəsini cəzalandırdığım zaman sizə məhvedici bəla gəlməyəcək.
Çixiş 12:12–13
Deməli, indi Məsih İsada olanlara heç bir məhkumluq yoxdur.
Romalilara 8:1
Ağ xalat geyinmiş bu şəxslər kimdir və haradan gəliblər?» ... Bunlar böyük əziyyətdən keçib gələnlərdir. Onlar öz xalatlarını yuyub Quzunun qanı ilə ağartdılar.
Vəhy 7:13–14
Yer üzünün padşahlarının başçısı olan sadiq şahid İsa Məsihdən sizə lütf və sülh olsun! Bizi sevən, Öz qanı bahasına bizi günahlarımızdan azad edərək bizdən bir padşahlıq təşkil edən və bizi Öz Atası Allah üçün kahinlər təyin edən Şəxsə əbədi olaraq izzət və qüdrət olsun! Amin.
Vəhy 1:5–6
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax12 may 2023
1 Yəhya 4:7 · Romalilara 5:5
11 may 2023
1 Kori̇nfli̇lərə 15:34 · 1 Saloni̇kli̇lərə 5:5–6
10 may 2023
1 Yəhya 3:8 · Efesli̇lərə 6:12
9 may 2023
İbrani̇lərə 11:1 · 1 Kori̇nfli̇lərə 15:19
8 may 2023
Yeşaya 53:10 · Yəhya 12:27–28
7 may 2023
Matta 24:6 · Zəbur 46:1–3
