12 may 2023
Gündəlik İşıq, 13 may: Ürəyim çırpınır, gücüm tükəndi
Gündəlik İşıq
Kişilər qəzəblənmədən, mübahisə etmədən hər yerdə müqəddəs əllər qaldırıb dua etsinlər.
1 Ti̇moteyə 2:8
Həqiqi ibadət edənlər Ataya ruhda və həqiqətdə ibadət etsin. Ata da Özünə belə ibadət edənlər axtarır. Allah ruhdur və Ona ibadət edənlər ruhda və həqiqətdə ibadət etməlidir.
Yəhya 4:23–24
O vaxt Rəbbi köməyə çağıracaqsınız, Rəbb cavab verəcək. Fəryad edəcəksiniz, O sizə “buradayam” deyəcək.
Yeşaya 58:9
Durub dua edəndə kimdən narazılığınız varsa, bağışlayın ki, göylərdə olan Atanız da təqsirlərinizi bağışlasın».
Mark 11:25
İman olmadan Allahı razı salmaq qeyri-mümkündür. Çünki Allaha yaxınlaşan şəxs inanmalıdır ki, O var və Onu axtaranlara mükafat verir.
İbrani̇lərə 11:6
Amma qoy heç şübhə etmədən, imanla diləsin. Çünki şübhə edən adam küləyin qaldırdığı və hərəkətə gətirdiyi dəniz dalğasına bənzəyir. Qoy belə adam düşünməsin ki, Rəbdən bir şey alacaq.
Yaqub 1:6–7
Mən qəlbimdə təqsirə yer versəydim, Xudavənd məni eşitməzdi.
Zəbur 66:18
Övladlarım, bunları sizə yazıram ki, günah etməyəsiniz. Əgər kimsə günah etsə belə, Atanın hüzurunda Vəsatətçimiz var; O, saleh olan İsa Məsihdir. O bizim günahlarımıza görə – təkcə bizim günahlarımıza görə deyil.
1 Yəhya 2:1–2
Ürəyim çırpınır, gücüm tükəndi.
Zəbur 38:10
Ey Allah, fəryadımı eşit, Duamı dinlə. Düşkünlük qəlbimi alıb, Mən dünyanın ucqarından Səni çağırıram. Sən məni əlçatmaz bir qayaya apar.
Zəbur 61:1–2
Amma O mənə dedi: «Lütfüm sənə kifayətdir, çünki zəiflik olanda qüvvə tam olur». Məsihin qüvvəsi məndə məskən salsın deyə zəifliklərimlə daha çox sevinə-sevinə öyünəcəyəm. ... çünki mən zəifləyəndə qüvvətlənirəm.
2 Kori̇nfli̇lərə 12:9–10
Amma küləyin güclü əsdiyini görəndə qorxdu və batmağa başladı. «Ya Rəbb, məni xilas et!» deyə qışqırdı. İsa o anda əlini uzadıb onu tutdu və dedi: «Ey imanı az olan adam, nə üçün şübhə etdin?»
Matta 14:30–31
Dar gündə taqətdən düşsən, Necə də zəif adamsan!
Süleymanin Məsəlləri̇ 24:10
O, yorğunlara güc verər, Taqətsizlərin qüvvətini artırar.
Yeşaya 40:29
Pənahgahın əzəli əbədi Allahdır, Səni daim qollarında gəzdirər.
Qanunun Təkrari 33:27
Hər şeyə dözərək səbir edə bilməniz üçün Onun izzətli qüvvəsinə güvənərək hər cür qüdrətlə möhkəmlənəsiniz.
Kolosseli̇lərə 1:11
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax11 may 2023
1 Kori̇nfli̇lərə 15:34 · 1 Saloni̇kli̇lərə 5:5–6
10 may 2023
1 Yəhya 3:8 · Efesli̇lərə 6:12
9 may 2023
İbrani̇lərə 11:1 · 1 Kori̇nfli̇lərə 15:19
8 may 2023
Yeşaya 53:10 · Yəhya 12:27–28
7 may 2023
Matta 24:6 · Zəbur 46:1–3
6 may 2023
Zəbur 85:10 · Yeşaya 45:21
