1 iyn 2023
Gündəlik İşıq, 2 iyun: Beliniz qurşanmış onu tələsik yeyin
Gündəlik İşıq
Onu belə yeyin: beliniz qurşanmış ... onu tələsik yeyin. Bu, Rəbbin Pasxasıdır.
Çixiş 12:11
Qalxın gedin, Çünki bura istirahət yeri deyil.
Mi̇keya 2:10
Çünki burada daimi şəhərimiz yoxdur, amma biz gələcək şəhəri axtarırıq.
İbrani̇lərə 13:14
Beləcə Allahın xalqı üçün hələ də bir istirahət qalır.
İbrani̇lərə 4:9
Qoy qurşaqlarınız bellərinizdə bağlı və çıraqlarınız yana-yana qalsın. Toy ziyafətindən qayıdan ağasını gözləyən adamlara oxşayın. Onlar ağaları gəlib qapını döyən kimi qapını açmağa hazır olurlar. Nə bəxtiyardır o qullar ki, ağa qayıdanda onları oyaq görür!
Luka 12:35–37
Buna görə ağlınızı toplayıb ayıq durun. Ümidinizi bütünlüklə İsa Məsihin zühurunda sizə veriləcək lütfə bağlayın.
1 Peter 1:13
Yalnız bir şey edirəm: arxada qalanları unudub qarşımda olana çatmaq üçün cəhd edirəm və hədəfə doğru qaçıram ki, mükafatı alım, yəni Allahın Məsih İsada yuxarıya çağırışına nail olum. Beləliklə, aramızda kim kamildirsə, qoy belə düşünsün.
Fi̇li̇pi̇li̇lərə 3:13–15
Ya Rəbb, mənim qismətimsən, kasama düşən paysan.
Zəbur 16:5
Həm də varisləriyik. Əgər Məsihin izzətinə şərik olmaq üçün Onun çəkdiyi əzablara şərik oluruqsa, Allahın varisləri və Məsihin irs şəriki oluruq.
Romalilara 8:17
Çünki hər şey sizindir.
1 Kori̇nfli̇lərə 3:21
Sevgilim mənimdir.
Nəğmələr Nəğməsi̇ 2:16
İndi cismən yaşadığım həyata gəlincə məni sevib uğrumda Özünü fəda edən Allahın Oğluna olan imanla yaşayıram.
Qalati̇yalilara 2:20
Rəbb Haruna dedi: «Onların torpağında sənin irsin olmayacaq və onlar arasında heç bir payın olmayacaq. İsrail övladları arasında sənin payın və irsin Mənəm.
Saylar 18:20
Göylərdə Səndən başqa kimim var? Yer üzündə də Səndən başqa heç nə istəmirəm. Cismim və ürəyim taqətdən düşsə belə, Daim, ey Allah, qəlbimin qüvvəti, nəsibimsən.
Zəbur 73:25–26
Ölüm kölgəsinin dərəsində gəzsəm belə, Şərdən qorxmaram, çünki Sən mənimləsən, Sənin əsan, Sənin dəyənəyin mənə təsəlli verir.
Zəbur 23:4
Çünki Kimə iman etdiyimi bilirəm və əminəm ki, mənə verdiyi əmanəti qiyamət gününə qədər saxlamağa qadirdir.
2 Ti̇moteyə 1:12
Ey Allah, mənim Allahım Sənsən, Sənin üçün yaman qəribsəmişəm. Quraq, cansıxıcı, susuz bir diyarda Sənsiz könlüm susuzdur. Bütün varlığımla həsrətini çəkirəm.
Zəbur 63:1
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax31 may 2023
Yaradiliş 32:28 · Huşə 12:3–4
30 may 2023
İbrani̇lərə 4:11 · Matta 7:13–14
29 may 2023
Levi̇li̇lər 17:11 · Yəhya 1:29
28 may 2023
Fi̇li̇pi̇li̇lərə 3:20 · Ti̇tə 2:11–14
27 may 2023
Nahum 1:7 · Yeremya 33:11
26 may 2023
İbrani̇lərə 13:20 · 1 Peter 5:4
