26 may 2023
Gündəlik İşıq, 27 may: Rəbb xeyirxahdır (Nahum 1:7)
Gündəlik İşıq
Rəbb xeyirxahdır, dar gündə sığınacaqdır, Ona güvənənləri tanıyır.
Nahum 1:7
‹Ordular Rəbbinə şükür edin, Çünki O, xeyirxahdır.
Yeremya 33:11
Allah bizə sığınacaqdır, qüvvətdir, Dar gündə çox kömək edir.
Zəbur 46:1
Rəbb haqqında belə söyləyir: «O mənim sığınacağımdır, qalamdır, Allahımdır, Ona güvənirəm».
Zəbur 91:2
Sənin kimisi varmı? Rəbbin qurtardığı xalqsan! Rəbb sipərdir, köməyinə çatandır, Əzəmətli qılıncındır.
Qanunun Təkrari 33:29
Allahın yolu kamildir, Rəbbin kəlamı safdır, Rəbb ona sığınanların sipəridir. Rəbdən başqa Allah kimdir ki? Allahımızdan başqa qaya kimdir ki?
İki̇nci̇ Şamuel 22:31–32
Amma kim Allahı sevirsə, Allah onun haqqında hər şeyi bilir.
1 Kori̇nfli̇lərə 8:3
Lakin Allahın atdığı möhkəm təməl bu sözlərlə möhürlənib durur: «Rəbb Özününküləri tanıyır» və «Rəbbin adını ağzına alan hər kəs haqsızlıqdan uzaqlaşsın».
2 Ti̇moteyə 2:19
Çünki Rəbb salehlərin yolunu qoruyur, Pislərinsə yolu onları ölümə aparır.
Zəbur 1:6
Çünki gözümdə lütf tapdın və səni adınla tanıyıram.
Çixiş 33:17
Sizin qayğısız olmanızı istəyirəm.
1 Kori̇nfli̇lərə 7:32
Çünki O sizin qayğınıza qalır.
1 Peter 5:7
Çünki Rəbbin gözləri yer üzünü seyr edir ki, ürəyi bütünlüklə Onunla olanları qüvvətləndirsin.
İki̇nci̇ Salnamələr 16:9
Dadın, görün Rəbb nə qədər şirindir, Nə bəxtiyardır Ona pənah gətirənlər! Gənc aslanlar ac-yalavac qaldılar, Lakin Rəbbi axtaranlar Heç bir yaxşı şeydən korluq çəkməzlər.
Zəbur 34:8, 10
Buna görə sizə deyirəm: “Nə yeyəcəyik?” və ya “Nə içəcəyik?” deyə canınız üçün, “Nə geyinəcəyik?” deyə bədəniniz üçün qayğı çəkməyin. Can yeməkdən, bədən isə geyinməkdən daha vacib deyilmi? Göydə uçan quşlara baxın: onlar nə əkir, nə biçir, nə də anbarlarda saxlayır. Amma Səmavi Atanız onları yedizdirir. Siz onlardan daha qiymətli deyilsinizmi?
Matta 6:25–26
Heç nəyin qayğısını çəkməyin, amma hər barədə xahişlərinizi Allaha dualarla, yalvarışlarla, şükür edə-edə bildirin. Onda Allahın ağlagəlməz sülhü ürəklərinizi və düşüncələrinizi Məsih İsada qoruyacaq.
Fi̇li̇pi̇li̇lərə 4:6–7
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax25 may 2023
Zəbur 31:19 · Yeşaya 64:4
24 may 2023
Efesli̇lərə 4:30 · Romalilara 15:30
23 may 2023
Çixiş 28:12 · İbrani̇lərə 7:24–25
22 may 2023
Yəhya 14:27 · 1 Yəhya 2:17
21 may 2023
Efesli̇lərə 6:10 · Zəbur 71:16
20 may 2023
1 Ti̇moteyə 4:16 · 1 Kori̇nfli̇lərə 9:25–27
