29 may 2023
Gündəlik İşıq, 30 may: Dar qapıdan girin (Matta 7:13)
Gündəlik İşıq
Buna görə də bu rahatlıq diyarına girməyə çalışaq ki, heç kəs eyni itaətsizlik nümunəsinə əməl edib yıxılmasın.
İbrani̇lərə 4:11
Dar qapıdan girin. Çünki həlaka aparan qapı geniş və yolu enlidir. ... Amma həyata aparan qapı dar və yolu ensizdir, onu tapanlar azdır.
Matta 7:13–14
Vəftizçi Yəhyanın günlərindən indiyə qədər Səmavi Padşahlıq zorla alınır və zor işlədənlər onu ələ keçirir.
Matta 11:12
Keçib-gedən yemək üçün deyil, əbədi həyat verən, daim qalan yemək üçün işlər görün, onu sizə Bəşər Oğlu verəcək.
Yəhya 6:27
Çağırıldığınızı və seçildiyinizi təsdiq etmək üçün daha da səy göstərin. ... Beləcə Rəbbimiz və Xilaskarımız İsa Məsihin əbədi Padşahlığına girmək səlahiyyəti sizə bol-bol ehsan ediləcək.
2 Peter 1:10–11
Elə qaçın ki, mükafatı qazanasınız. Yarışda iştirak edən hər kəs hər cəhətdən öz nəfsinə hakimdir. Onlar bunu solub gedən dəfnə çələngi almaq üçün edər, biz isə solmaz tac almaq üçün çalışırıq.
1 Kori̇nfli̇lərə 9:24–25
Allah Öz işlərini qurtarıb Şənbə günü istirahət etdiyi kimi Onun rahatlıq diyarına girən də öz işlərini qurtarıb istirahət etdi.
İbrani̇lərə 4:10
Çünki Rəbb əbədi nurun, Allahın sənin şöhrətin olacaq.
Yeşaya 60:19
Məni həmişə eşidirsən.
Yəhya 11:42
Ey Ata, Məni eşitdiyin üçün Sənə şükür edirəm.
Yəhya 11:41
Ey Ata, Öz adını izzətləndir!» Bunun cavabında göydən «Öz adımı izzətləndirdim, yenə də izzətləndirəcəyəm» deyə bir səs gəldi.
Yəhya 12:28
Budur, gəlmişəm ... Sənin iradəni yerinə yetirim”.
İbrani̇lərə 10:7
Amma Mənim yox, Sənin iradən olsun.
Luka 22:42
Çünki Məsih necədirsə, biz də bu dünyada eləyik.
1 Yəhya 4:17
Biz Onun hüzurunda ona görə cəsarətlə danışa bilirik ki, Onun iradəsinə uyğun nəsə dilədikdə O bizi eşidir.
1 Yəhya 5:14
Və Ondan nə diləyiriksə, alırıq. Ona görə ki Onun əmrlərinə riayət edirik və önündə Ona məqbul olan işlər görürük.
1 Yəhya 3:22
İman olmadan Allahı razı salmaq qeyri-mümkündür. Çünki Allaha yaxınlaşan şəxs inanmalıdır ki, O var və Onu axtaranlara mükafat verir.
İbrani̇lərə 11:6
Çünki O onlar üçün vəsatətçilik etməkdən ötrü həmişə yaşayır.
İbrani̇lərə 7:25
Atanın hüzurunda Vəsatətçimiz var; O, saleh olan İsa Məsihdir.
1 Yəhya 2:1
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax28 may 2023
Fi̇li̇pi̇li̇lərə 3:20 · Ti̇tə 2:11–14
27 may 2023
Nahum 1:7 · Yeremya 33:11
26 may 2023
İbrani̇lərə 13:20 · 1 Peter 5:4
25 may 2023
Zəbur 31:19 · Yeşaya 64:4
24 may 2023
Efesli̇lərə 4:30 · Romalilara 15:30
23 may 2023
Çixiş 28:12 · İbrani̇lərə 7:24–25
