16 iyl 2023
Gündəlik İşıq, 17 iyul: Sən lütfkar, rəhmli, hədsiz səbirli
Gündəlik İşıq
Sən lütfkar, rəhmli, hədsiz səbirli, bol məhəbbətli Allahsan və rəhm edib bəla göndərməzsən.
Yunus 4:2
İstəyirəm ki, qoy indi Xudavəndin böyük qüdrəti göstərilsin, necə ki Sən dedin: “Rəbb hədsiz səbirli, bol məhəbbətli, cəzanı və qanunsuzluğu bağışlayandır, lakin cəzasız da qoymaz, ataların cəzasını üçüncü-dördüncü nəslə çəkdirər”.
Saylar 14:17–18
Ata-babalarımızın günahını boynumuza qoyma, Nə qədər alçalmışıq ... Ey bizi qurtaran Allah, İsmin şərəfinə Sən bizə yardım et, Günahlarımızı kəffarə edərək İsmin naminə Sən bizi xilas et.
Zəbur 79:8–9
Ya Rəbb, hərçənd təqsirlərimiz Bizə qarşı şəhadət edir, Sən Öz adından ötrü səy göstər. Çünki dəfələrlə dönüklük etmiş, Sənə qarşı günah etmişik. Ya Rəbb, pisliyimizi, Atalarımızın təqsirkarlığını bilirik. Çünki Sənə qarşı günah etdik.
Yeremya 14:7, 20
Ya Rəbb, bizim təqsirlərimizi siyahıya alsan, Bəs, ey Xudavənd, kim bunun qarşısında dayana bilər? Amma Sən bağışlayansan, Ona görə hamı Səndən çəkinir.
Zəbur 130:3–4
Çünki Allah başlanğıcdan sizi Ruhun təqdisi və həqiqətə iman vasitəsilə xilas üçün seçdi.
2 Saloni̇kli̇lərə 2:13
Oyan, ey şimal küləyi, Dur gəl, ey cənub küləyi, Gəlin mənim bağçamda əsin, Qoy o, ətrini hər yana versin.
Nəğmələr Nəğməsi̇ 4:16
Baxın Allah istəyən tərzdə çəkdiyiniz bu kədər sizdə nə qədər böyük cəhd, təmizə çıxmaq arzusu, qəzəb, qorxu, həsrət, qeyrət, ədalətpərvərlik yaratdı.
2 Kori̇nfli̇lərə 7:11
Çünki nurun bəhrəsi hər cür yaxşılıqda, salehlikdə və həqiqətdə görülür. Rəbbi razı salan şeyləri ayırd edin.
Efesli̇lərə 5:9–10
Lakin Vəsatətçi – Atanın Mənim adımla göndərəcəyi Müqəddəs Ruh hər şeyi sizə öyrədəcək və söylədiyim bütün sözləri yadınıza salacaq.
Yəhya 14:26
Çünki Allah məhəbbəti bizə verilən Müqəddəs Ruh vasitəsilə ürəklərimizə tökülüb.
Romalilara 5:5
Müqəddəs Ruhun səmərəsi isə budur: məhəbbət, sevinc.
Qalati̇yalilara 5:22
Onlar böyük əziyyətlərlə sınananda coşğun sevincləri hədsiz yoxsul olduqları halda zəngin səxavət göstərmələri ilə aşıb-daşdı.
2 Kori̇nfli̇lərə 8:2
Bunların hamısı tək və eyni Ruhun fəaliyyətidir. Ruh bu ənamları hər kəsə Öz istədiyi tərzdə paylayır.
1 Kori̇nfli̇lərə 12:11
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax15 iyl 2023
Matta 6:10 · Zəbur 103:20–21
14 iyl 2023
Matta 12:34 · Kolosseli̇lərə 3:16
13 iyl 2023
Nəğmələr Nəğməsi̇ 7:10 · 2 Ti̇moteyə 1:12
12 iyl 2023
Çixiş 33:14 · Qanunun Təkrari 31:6
11 iyl 2023
Yeremya 15:20 · Yeşaya 49:24–26
10 iyl 2023
Matta 10:24 · Yəhya 13:13
