Deməli, vəftiz olunub Onun ölümü ilə birləşməklə biz də Onunla birgə dəfn olunduq; belə ki Atanın izzəti ilə Məsih ölülər arasından dirildiyi kimi biz də həmin cür yeni həyat sürək.
ROMALILARA 6:4
Gündəlik İşıq

Deməli, vəftiz olunub Onun ölümü ilə birləşməklə biz də Onunla birgə dəfn olunduq; belə ki Atanın izzəti ilə Məsih ölülər arasından dirildiyi kimi biz də həmin cür yeni həyat sürək.
ROMALILARA 6:4
Cismani təbiətinizin zəifliyi üzündən insanların düşündüyü kimi danışıram. Necə əvvəllər üzvlərinizi murdarlığa və Qanunu pozmaq üçün qanunsuzluğa qul kimi təslim etmişdiniz, eləcə də indi üzvlərinizi müqəddəs olmaq üçün salehliyə qul kimi təslim edin.
ROMALILARA 6:19
Beləliklə, ey qardaşlar, Allahın mərhəməti xatirinə sizə yalvarıram ki, bədənlərinizi diri, müqəddəs və Allahı razı salan bir qurban olaraq Ona təqdim edin; bu sizin ağılla etdiyiniz ibadətdir. Bu dövrə uyğunlaşmayın, əksinə, düşüncənizin təzələnməsi ilə dəyişin ki, Allahın yaxşı, razı salan və kamil iradəsini ayırd edəsiniz.
ROMALILARA 12:1-2
Deməli, kim Məsihdədirsə, yeni yaradılışdır, köhnə şeylər keçib-getdi, təzə şeylər gəldi.
2 KORİNFLİLƏRƏ 5:17
Çünki əhəmiyyət kəsb edən sünnətlilik yaxud sünnətsizlik deyil, yeni yaradılışdır. Nə qədər bu qaydaya riayət edənlər varsa, onların üzərinə, Allahın İsraili üzərinə sülh və mərhəmət gəlsin.
QALATİYALILARA 6:15-16
Beləliklə, bunu Rəbdə olaraq deyir və xəbərdarlıq edirəm ki, siz artıq başqa millətlər kimi boş düşüncələrlə həyat sürməyin.
EFESLİLƏRƏ 4:17
Sizsə Məsihi elə öyrənməmisiniz. Əlbəttə, siz İsanın səsini eşitdiniz və İsada – Ondakı həqiqətə əsasən təlim aldınız.
EFESLİLƏRƏ 4:20-21
əsl salehlik və müqəddəsliklə Allaha bənzər yaradılmış yeni mənliyə bürünün.
EFESLİLƏRƏ 4:24
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
4 avq 2023
John 19:30
3 avq 2023
Luke 1:50
2 avq 2023
Revelation 13:8
1 avq 2023
Ephesians 2:8
31 iyl 2023
2 Timothy 2:3
30 iyl 2023
Colossians 3:1
29 iyl 2023
Isaiah 64:1
Bağışlanma
Xristianlar həyatın zamana aid aspektlərini keçmiş üçün bağışlanma, indiki zaman üçün ehtiras və gələcək üçün…

İbadət
Əsl ibadətin ritual və formadan kənar nə demək olduğunu kəşf edin. Təslimiyyət ürəyinin və xidmət həyatının…
İman
Həyat bir yarışdır, lakin qələbə dünyəvi uğurlarda tapılmır. Əbədi mükafatınızı qazanmaq üçün Süleymanın…
İsa Məsih
Matta İncili Əhdi-Ətiq peyğəmbərliyini lütfün yeni dövrü ilə əlaqələndirərək, İsa Məsihi İsrailin vəd edilmiş…

İbadət
Əsl ibadətin ritual və formadan kənar nə demək olduğunu kəşf edin. Təslimiyyət ürəyinin və xidmət həyatının…
Rəbbin Süfrəsi
Yeni Əhiddəki “çörək kəsmək” ifadəsi həm Rəbbin Süfrəsinə, həm də adi bir yeməyə aid ola bilər.
Pasxa
İsa Məsihin fiziki dirilməsi Xristian imanının təməl daşıdır. Onsuz, bütün Xristian təbliğatı, imanı və ümidi…

İman
Həyat bir yarışdır, lakin qələbə dünyəvi uğurlarda tapılmır. Əbədi mükafatınızı qazanmaq üçün Süleymanın…