14 avq 2023
Gündəlik İşıq, 15 avqust: Bizə qabiliyyət verən Allahdır
Gündəlik İşıq
Sülh qaynağı olan Allah – qoyunların böyük Çobanı olan Rəbbimiz İsanı əbədi Əhdin qanı ilə ölülər arasından dirildən Allah sizi hər cür yaxşı şeylə təmin etsin ki, İsa Məsih vasitəsilə Özünə xoş olanı bizdə icra etsin və siz Onun iradəsini həyata keçirəsiniz.
İbrani̇lərə 13:20–21
Bərpa olunun, təsəlli tapın, həmfikir olun, sülh içində ömür sürün. Məhəbbət və sülh qaynağı olan Allah sizinlə olacaq.
2 Kori̇nfli̇lərə 13:11
Çünki iman vasitəsilə, lütflə xilas oldunuz. Bu, sizin nailiyyətiniz deyil, Allahın hədiyyəsidir. Əməllərlə deyil ki, heç kim öyünə bilməsin.
Efesli̇lərə 2:8–9
Hər yaxşı bəxşiş və hər kamil hədiyyə yuxarıdan, Özündə heç bir dəyişiklik ya dönüklük kölgəsi olmayan nurlar Atasından gəlir.
Yaqub 1:17
Qorxu və lərzə ilə xilasınızı əməllərinizdə göstərin. Çünki sizdə fəaliyyət göstərən Allahdır, belə ki Onun xoş məramını həm istəyəsiniz, həm də bunun üçün fəaliyyət göstərəsiniz.
Fi̇li̇pi̇li̇lərə 2:12–13
Düşüncənizin təzələnməsi ilə dəyişin ki, Allahın yaxşı, razı salan və kamil iradəsini ayırd edəsiniz.
Romalilara 12:2
Siz Məsihin zühur edəcəyi gün pak və nöqsansız, Allahın izzəti və mədhi üçün İsa Məsihdən gələn salehlik bəhrələri ilə dolu olmaq üçün ən ali dəyərləri ayırd edə biləsiniz.
Fi̇li̇pi̇li̇lərə 1:11
Özümüzdən yaranan qabiliyyətimiz yoxdur və bunu iddia da edə bilmərik. Bizə qabiliyyət verən Allahdır.
2 Kori̇nfli̇lərə 3:5
Amma Mən onu dilə tutub Səhraya aparacağam, Onun ürəyincə olan sözlər deyəcəyəm.
Huşə 2:14
Ona görə «aralarından çıxıb ayrılın» Rəbb belə deyir, «Murdar şeylərə toxunmayın»; «Mən də sizi qəbul edəcəyəm». «Mən sizə Ata olacağam, Siz də Mənə oğullar və qızlar olacaqsınız» Külli-İxtiyar Rəbb belə deyir.
2 Kori̇nfli̇lərə 6:17–18
Sevimlilər, bu vədlərə malik olduğumuza görə Allahdan qorxub kamil müqəddəsliyə çataraq bizi cisimdə və ruhda murdarlayan hər şeydən özümüzü təmizləyək.
2 Kori̇nfli̇lərə 7:1
Bunun kimi İsa da Öz qanı ilə xalqı təqdis etmək üçün şəhər darvazasının kənarında əzab çəkdi. Buna görə Onun gördüyü təhqiri daşıyaraq düşərgənin kənarına çıxıb Onun yanına gedək.
İbrani̇lərə 13:12–13
İsa onlara dedi: «Gəlin kimsəsiz yerdə bir az dincəlin».
Mark 6:31
Rəbb mənim çobanımdır, möhtac olmaram. O məni yaşıl çəmənlərdə dincəldir, Sakit axan sular kənarında gəzdirir. Məni yenə də canlandırır, İsmi şərəfinə salehlik yolları ilə aparır.
Zəbur 23:1–3
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax13 avq 2023
İbrani̇lərə 11:16 · Yəhya 14:3
12 avq 2023
Mərsi̇yələr 3:31–32 · Yeremya 46:28
11 avq 2023
İbrani̇lərə 2:14 · 2 Ti̇moteyə 1:10
10 avq 2023
Yəhya 17:15 · Fi̇li̇pi̇li̇lərə 2:15
9 avq 2023
Nəğmələr Nəğməsi̇ 4:7 · Yeşaya 1:5–6
8 avq 2023
Süleymanin Məsəlləri̇ 4:18 · Fi̇li̇pi̇li̇lərə 3:12
