5 sen 2023
Gündəlik İşıq, 6 sentyabr: Göylərdəki Allaha əllərimizi
Gündəlik İşıq
Göylərdəki Allaha əllərimizi, Həm də ürəklərimizi açaq.
Mərsi̇yələr 3:41
Allahımız Rəbbin misli varmı? Ucalardakı taxtında oturan, Göyə, yerə əyilərək baxan Odur.
Zəbur 113:5–6
Ya Rəbb, Sənə ürəyimi təqdim edirəm.
Zəbur 25:1
Sənə sarı əllərimi açmışam, Bir quraq torpaq kimi Sənin üçün susamışam. ... Çünki ürəyim çəkilir. Üzünü məndən gizlətmə, Qoyma qəbirə düşən insanlara bənzəyim. Hər səhər məhəbbətini mənə hiss etdir, Çünki Sənə güvənirəm. Gedəcəyim yolu mənə öyrət, Çünki varlığımı Sənə verirəm.
Zəbur 143:6–8
Mənim dilim Səni tərənnüm edir, Məhəbbətin bu həyatdan gözəldir. Bütün ömrüm boyu Sənə alqış edəcəyəm, Əllərimi qaldırıb adınla Səni səsləyəcəyəm.
Zəbur 63:3–4
Bu bəndənin qəlbini sevindir, Ey Xudavənd, Sənə ürəyimi təqdim edirəm. Çünki Sən, ey Xudavənd, xeyirxahsan, bağışlayan Sənsən, Səni səsləyənlərin hamısı üçün məhəbbətin boldur.
Zəbur 86:4–5
Və Mənim adımla hər nə diləsəniz, onu edəcəyəm ki, Ata Oğulda izzətlənsin.
Yəhya 14:13
Gecənin qurtarmağına nə qədər qalıb? Ey gözətçi.
Yeşaya 21:11
Yuxudan ayılmaq vaxtınızın gəldiyini anlayaraq belə rəftar edin. Çünki indi xilasımız iman etdiyimiz vaxtda olduğundan daha yaxındır. Gecə keçdi, gündüz isə yaxınlaşdı; buna görə də qaranlığın əməllərini üzərimizdən ataq və nurun silahlarına bürünək.
Romalilara 13:11–12
Əncir ağacından ibrət alın: onun budağı cücərib yarpaqlananda bilirsiniz ki, yay fəsli artıq yaxındır. Eləcə siz də bütün bu şeyləri görəndə bilin ki, Bəşər Oğlu yaxındadır, lap qapıdadır. Yer və göy keçib gedəcək, amma Mənim sözlərim əsla keçib getməyəcək.
Matta 24:32–33, 35
Rəbbi gözləyirəm, döyünən ürəyim gözləyir, Onun sözünə ümid edirəm. Keşikçilər səhərin açılmasını gözlər, Bəli, keşikçilər səhərin açılmasını gözlər, Qəlbimsə bundan da çox Xudavəndin həsrətini çəkər.
Zəbur 130:5–6
Bunlara şəhadət edən deyir: «Bəli, tezliklə gəlirəm!» Amin. Gəl, ya Rəbb İsa!
Vəhy 22:20
Beləliklə, oyaq olun. Çünki siz nə günü, nə də saatı bilirsiniz.
Matta 25:13
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax4 sen 2023
Rut 3:18 · Yeşaya 7:4
3 sen 2023
Çixiş 13:7 · Süleymanin Məsəlləri̇ 8:13
2 sen 2023
Zəbur 27:14 · Yeşaya 40:28–29
1 sen 2023
Qalati̇yalilara 5:22–23 · Yeşaya 29:19
31 avq 2023
Romalilara 5:16 · Yeşaya 1:18
30 avq 2023
Ester 5:2 · Çixiş 22:27
