30 avq 2023
Gündəlik İşıq, 31 avqust: Sizlərdən bəzisi belə idi
Gündəlik İşıq
Amma çoxlu təqsirdən sonra gələn ənam salehlik gətirdi.
Romalilara 5:16
Günahlarınız qıpqırmızı parça kimi görünsə də, Onlar qar kimi ağ olacaq, Tünd qırmızı rəngə çalsa da, Onlar ağ yun kimi bəyaz olacaq.
Yeşaya 1:18
Mənəm Öz xatirimə görə sənin üsyankarlığını silən, Bəli, Mən günahlarını da yada salmaram. Yadıma sal, gəl mühakiməyə gedək, Bəraət qazanmaq üçün məhkəmədə işindən danış.
Yeşaya 43:25–26
Üsyankarlığını bulud kimi dağıtdım, Günahlarını duman kimi sildim, Mənə tərəf dön, Çünki Mən səni satın aldım.
Yeşaya 44:22
Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun.
Yəhya 3:16
Amma Allahın ənamı təqsir kimi deyil. Çünki bir adamın təqsiri üzündən çox adam öldüsə də, Allahın lütfü və bir Adamın, yəni İsa Məsihin lütfü ilə verilən ənam bir çoxları üçün daha böyük təsir göstərdi.
Romalilara 5:15
Sizlərdən bəzisi belə idi. Amma Rəbb İsa Məsihin adı ilə və Allahımızın Ruhu ilə yuyulub təmizləndiniz, təqdis olundunuz və saleh sayıldınız.
1 Kori̇nfli̇lərə 6:11
Mən gələnədək bunlarla ticarət et.
Luka 19:13
Səyahətə çıxan bir adama bənzəyir. Evindən ayrılarkən qullarına səlahiyyət verir və hərəsinə bir iş tapşırır. Qapı nəzarətçisinə də əmr edir ki, oyaq olsun.
Mark 13:34
O hər birinə öz qabiliyyətinə görə – birinə beş, birinə iki, birinə də bir talant verdi və yola düşdü.
Matta 25:15
Nə qədər ki gündüzdür, Məni Göndərənin işlərini görməliyik. Tezliklə gecə gəlir, o zaman heç kim işləyə bilməz.
Yəhya 9:4
Məgər bilmirdiniz ki, Mən Atamın evində olmalıyam?
Luka 2:49
Çünki Məsih də sizin üçün əzab çəkdi və sizə nümunə oldu ki, siz də Onun izi ilə gedəsiniz.
1 Peter 2:21
Allahın kəlamını vəz edəsən, hansı vaxt olursa-olsun hazır olasan, insanlara tam səbirlə təlim öyrədərək məzəmmət, xəbərdarlıq və nəsihət verəsən.
2 Ti̇moteyə 4:2
Onun əməli bəlli olacaq və qiyamət günü onu ortaya çıxaracaq.
1 Kori̇nfli̇lərə 3:13
Beləliklə, ey sevimli qardaşlarım, Rəbdə çəkdiyiniz zəhmətin boşa çıxmayacağını bilərək möhkəm durun, sarsılmayın, hər zaman Rəbbin işində səylə çalışın.
1 Kori̇nfli̇lərə 15:58
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax29 avq 2023
Süleymanin Məsəlləri̇ 16:20 · Romalilara 4:20–21
28 avq 2023
Vəhy 12:10 · Vəhy 12:11
27 avq 2023
Zəbur 119:105 · Zəbur 17:4–5
26 avq 2023
Çixiş 28:36 · İbrani̇lərə 12:14
25 avq 2023
Yeşaya 51:1 · Zəbur 51:5
24 avq 2023
Çixiş 3:7 · Yeşaya 53:3
