4 sen 2023
Gündəlik İşıq, 5 sentyabr: Bədən birdir və üzvləri çoxdur
Gündəlik İşıq
Bədən birdir və üzvləri çoxdur. ... Məsih də belədir.
1 Kori̇nfli̇lərə 12:12
Bədənin, yəni imanlılar cəmiyyətinin Başı da Odur.
Kolosseli̇lərə 1:18
Hər şeyi Ona tabe edərək ayaqlarının altına qoydu və Onu hər şey üzərində baş olsun deyə imanlılar cəmiyyətinə verdi. Bu cəmiyyət Onun bədənidir və hər şeyi hərtərəfli Bütövləşdirənin bütövlüyüdür.
Efesli̇lərə 1:22–23
Axı biz Onun bədən üzvləriyik.
Efesli̇lərə 5:30
Amma Mənə bir bədən hazırladın.
İbrani̇lərə 10:5
Dünyaya gəlməzdən əvvəl Sənin gözlərin məni gördü. Ömrüm başlamazdan əvvəl Mənə təyin etdiyin hər bir günü kitabına yazmısan.
Zəbur 139:16
Sən onları Mənə verdin və onlar Sənin sözünə riayət etdilər.
Yəhya 17:6
Dünya yaranmazdan qabaq bizi Məsihdə seçdi ki, biz məhəbbətdə Onun qarşısında müqəddəs və nöqsansız olaq.
Efesli̇lərə 1:4
Çünki Allah qabaqcadan tanıdığı adamları Öz Oğlunun surətinə uyğunlaşmaq üçün əvvəlcədən təyin etdi ki, O, çoxlu qardaş arasında ilk doğulan olsun.
Romalilara 8:29
Məhəbbətlə həqiqəti yerinə yetirərək bədənin Başı olan Məsihə bənzəmək üçün hərtərəfli böyüyək. Bütün bədən Onunla birləşdiyi üçün hər buğumun köməyi ilə üzvi surətdə Ona bağlanıb qurulur və hər üzvün ahəngdar işləməsi ilə böyüyür, məhəbbətlə inkişaf edir.
Efesli̇lərə 4:15–16
Məni – axar suların mənbəyini atıb.
Yeremya 2:13
Ey Allah, məhəbbətin nə qədər qiymətlidir! Bəşər övladları Sənin qanadlarının kölgəsinə sığınır. Evinin bolluğu ilə onları doydurursan, Sənin xoşhal edən axar çayından onları içirirsən. Çünki həyat mənbəyi Səndədir.
Zəbur 36:7–9
Buna görə də Xudavənd Rəbb belə deyir: «Qullarım yeyəcək, sizsə ac qalacaqsınız, Qullarım içəcək, sizsə susayacaqsınız.
Yeşaya 65:13
Amma Mənim ona verəcəyim sudan kim içsə, heç vaxt susamaz. Lakin ona verəcəyim su onun daxilində əbədi həyat verən bir su qaynağına çevriləcək.
Yəhya 4:14
Bunu Ona iman edənlərin alacaqları Ruh barədə söylədi.
Yəhya 7:39
Ey bütün susamışlar, gəlin su başına!
Yeşaya 55:1
Ruh da, gəlin də deyir: «Gəl!» Qoy eşidən də desin: «Gəl!» Susayan qoy gəlsin, arzu edən həyat suyunu müftə götürsün.
Vəhy 22:17
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax3 sen 2023
Çixiş 13:7 · Süleymanin Məsəlləri̇ 8:13
2 sen 2023
Zəbur 27:14 · Yeşaya 40:28–29
1 sen 2023
Qalati̇yalilara 5:22–23 · Yeşaya 29:19
31 avq 2023
Romalilara 5:16 · Yeşaya 1:18
30 avq 2023
Ester 5:2 · Çixiş 22:27
29 avq 2023
Süleymanin Məsəlləri̇ 16:20 · Romalilara 4:20–21
