9 noy 2023
Gündəlik İşıq, 10 noyabr: Rəbbə ümid bağla! (Zəbur 27:14)
Gündəlik İşıq
Belə ki Rəbbə layiq şəkildə həyat sürərək Onu hər cəhətdən razı salasınız və hər cür xeyirli əməldə bəhrə verib Allahı tanımaqda böyüyəsiniz.
Kolosseli̇lərə 1:10
Beləliklə, ey qardaşlar, Allahın mərhəməti xatirinə sizə yalvarıram ki, bədənlərinizi diri, müqəddəs və Allahı razı salan bir qurban olaraq Ona təqdim edin; bu sizin ağılla etdiyiniz ibadətdir. Bu dövrə uyğunlaşmayın, əksinə, düşüncənizin təzələnməsi ilə dəyişin ki, Allahın yaxşı, razı salan və kamil iradəsini ayırd edəsiniz.
Romalilara 12:1–2
Çünki əhəmiyyət kəsb edən sünnətlilik yaxud sünnətsizlik deyil, yeni yaradılışdır. Nə qədər bu qaydaya riayət edənlər varsa, onların üzərinə, Allahın İsraili üzərinə sülh və mərhəmət gəlsin.
Qalati̇yalilara 6:15–16
Sizin çoxlu bəhrə verərək Mənim şagirdlərim olmağınızla Atam izzətlənir.
Yəhya 15:8
Mən sizi seçib təyin etdim ki, gedib bəhrə verəsiniz və bəhrəniz çox qalsın. Beləcə Mənim adımla Atadan nə diləyirsinizsə, O sizə verəcək.
Yəhya 15:16
Axtardım, amma tapa bilmədim.
Nəğmələr Nəğməsi̇ 3:1
Allahın Rəbbə üz tut, ey İsrail, Çünki günahlarından ötrü büdrədin. Dua sözləri ilə Rəbbə tərəf dönün. Ona belə deyin: «Hər qəbahətimizi bağışla, Bizi mərhəmətlə qəbul et. Buğalar yerinə ağzımızdan çıxan.
Huşə 14:1–2
Sınağa düşəndə qoy heç kim «Allah məni sınağa çəkir» deməsin. ... Lakin hər kəs öz ehtirası ilə aparılıb yoldan çıxarılaraq sınağa çəkilir.
Yaqub 1:13–14
Ey sevimli qardaşlarım, aldanmayın: hər yaxşı bəxşiş və hər kamil hədiyyə yuxarıdan, Özündə heç bir dəyişiklik ya dönüklük kölgəsi olmayan nurlar Atasından gəlir.
Yaqub 1:16–17
Rəbbə ümid bağla! Möhkəm və cəsarətli ol! Rəbbə ümid bağla!
Zəbur 27:14
Rəbbə ümid bəsləmək, Sakitcə bizə qurtuluş verməsini gözləmək nə yaxşıdır.
Mərsi̇yələr 3:26
Məgər Allah Öz seçdiklərini, gecə-gündüz Ondan imdad istəyənlərin haqqını qorumayacaqmı? Onları çox gözlədəcəkmi?
Luka 18:7
Susan qəlbim yalnız Allahı gözləyir, Ondadır qurtuluşum. Ey qəlbim, sükutla Allahı gözlə, Çünki ümidim Ondadır.
Zəbur 62:1, 5
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax8 noy 2023
1 Saloni̇kli̇lərə 5:8 · 1 Peter 1:13
7 noy 2023
Zəbur 107:8 · Zəbur 34:8
6 noy 2023
Kolosseli̇lərə 3:4 · Yəhya 11:25
5 noy 2023
Çixiş 30:23 · Çixiş 30:25
4 noy 2023
1 Peter 1:6 · 1 Peter 4:12–13
3 noy 2023
Huşə 14:9 · 1 Peter 2:7–8
