10 noy 2023
Gündəlik İşıq, 11 noyabr: Onları qorxudan uzaq (Zəbur 78:53)
Gündəlik İşıq
Onları qorxudan uzaq.
Zəbur 78:53
Mən salehlik yolunda, Ədalət yollarının ortasında gəzərəm.
Süleymanin Məsəlləri̇ 8:20
Budur, Mən yolda sizi qorumaq və hazırladığım yerə gətirmək üçün qarşınızda bir Mələk göndərirəm.
Çixiş 23:20
Onlar əziyyət çəkdikdə O da əziyyət çəkdi. Hüzurundan gələn mələk onları xilas etdi. Məhəbbəti və mərhəməti ilə Onları satın aldı. Bütün keçmiş günlərdə onları götürüb apardı.
Yeşaya 63:9
Onlar qılıncları ilə deyil, Sənin sağ əlinlə torpaqlara sahib oldular. Öz qolları deyil, Sənin sağ qolun onlara zəfər qazandırdı. Onlara üzündən nur verdin, Çünki Sən onları sevirdin.
Zəbur 44:3
Bəli, Sən adını şərəfləndirmək naminə Xalqına belə yol göstərdin.
Yeşaya 63:14
Ya Rəbb, ədalətinlə məni düz yola yönəlt, Düşmənlərimin üzündən Öz yolunu qarşımda düzəlt.
Zəbur 5:8
Göndər Öz nurunu, həqiqətini, Qoy yolunu mənə göstərsinlər, Müqəddəs dağına, məskənlərinə Qoy məni aparsınlar. Onda Allahın qurbangahına, Sevincim, fərəhim olan Allahımın yanına gedərəm. Lira çalıb Sənə şükür edərəm, Ey Allah, mənim Allahım.
Zəbur 43:3–4
Amma Rəbb İsa Məsihin adı ilə və Allahımızın Ruhu ilə yuyulub təmizləndiniz.
1 Kori̇nfli̇lərə 6:11
Onda bir-birimizlə şərikliyimiz var və Onun Oğlu İsanın qanı bizi hər günahdan təmizləyir.
1 Yəhya 1:7
Bizim əmin-amanlığımız üçün o cəza aldı, Onun yaraları ilə biz şəfa tapdıq.
Yeşaya 53:5
Məsih imanlılar cəmiyyətini sevib onun uğrunda Özünü fəda etdiyi kimi siz də arvadlarınızı sevin. Məsih bunu ona görə etdi ki, cəmiyyəti su ilə yuyub kəlamla təmizləyərək təqdis etsin və beləcə onda ləkə, qırışıq yaxud başqa qüsur olmadan izzətli şəkildə, müqəddəs və nöqsansız olaraq Öz hüzuruna çıxarsın.
Efesli̇lərə 5:25–27
Geyinmək üçün ona Təmiz, parlaq və incə kətan verildi». İncə kətan müqəddəslərin saleh əməllərinin rəmzidir.
Vəhy 19:8
Ona görə ürəklərimiz pis vicdandan paklanmış, bədənlərimiz də təmiz su ilə yuyulmuş halda imanın tam etimadı ilə, səmimi qəlblə Allaha yaxınlaşaq.
İbrani̇lərə 10:22
Allahın seçdiyi adamları kim ittiham edə bilər? Onları saleh sayan Allahdır!
Romalilara 8:33
Üsyankarlığı bağışlanan, Günahı əfv olunan insan ... Rəbb tərəfindən təqsirkar sayılmayan, Qəlbində hiylə olmayan insan Nə bəxtiyardır!
Zəbur 32:1–2
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax9 noy 2023
Zəbur 89:19 · Yeşaya 43:11
8 noy 2023
1 Saloni̇kli̇lərə 5:8 · 1 Peter 1:13
7 noy 2023
Zəbur 107:8 · Zəbur 34:8
6 noy 2023
Kolosseli̇lərə 3:4 · Yəhya 11:25
5 noy 2023
Çixiş 30:23 · Çixiş 30:25
4 noy 2023
1 Peter 1:6 · 1 Peter 4:12–13
