4 noy 2023
Gündəlik İşıq, 5 noyabr: Bu gözəl ətriyyatlardan götür
Gündəlik İşıq
Bu gözəl ətriyyatlardan götür ... Bunların hamısından müqəddəs məsh yağı hazırla.
Çixiş 30:23, 25
Bu yağ insan bədənlərinə tökülməsin. Tərkibinə görə ona bənzər heç nə hazırlamayın. Bu yağ müqəddəsdir, onu müqəddəs sayın.
Çixiş 30:32
Çağırış aldıqda bir ümidə çağırıldığınız kimi bədən bir.
Efesli̇lərə 4:4
Müxtəlif ənamlar var, amma Ruh eynidir.
1 Kori̇nfli̇lərə 12:4
Sənin Allahın Sevinc yağı ilə Yoldaşlarından çox səni məsh edib.
Zəbur 45:7
Allah Nazaretli İsanı Müqəddəs Ruhla və qüdrətlə məsh etdi.
Həvari̇ləri̇n İşləri̇ 10:38
Çünki Allah Ruhu hədsiz verir.
Yəhya 3:34
Hamımız Onun bütövlüyündən lütf üstünə lütf aldıq.
Yəhya 1:16
Əksinə, Onun bu məshi sizə hər şey barədə təlim verir və bu, yalan deyil, həqiqətdir. Ona görə də sizə öyrətdiyi kimi Onda qalın.
1 Yəhya 2:27
Bizi sizlərlə birlikdə Məsihə möhkəm bağlayan və bizi məsh edən Allahdır. O bizi möhürlədi və Ruhunu qəlbimizdə girov qoydu.
2 Kori̇nfli̇lərə 1:21–22
Müqəddəs Ruhun səmərəsi isə budur: məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət, həlimlik, nəfsə hakim olmaq. Bu kimi şeylərə qarşı qanun yoxdur.
Qalati̇yalilara 5:22–23
Çünki bu dünyanın indiki vəziyyəti keçib-gedir.
1 Kori̇nfli̇lərə 7:31
Metuşelah doqquz yüz altmış doqquz il ömür sürüb öldü.
Yaradiliş 5:27
Qoy həqir qardaş öz ucalığı ilə fəxr etsin, varlı qardaşsa öz həqirliyi ilə fəxr etsin, çünki varlı insan otun çiçəyi kimi solub gedəcək. Günəş çıxır, bərk isti olur və otu qurudur. Otun çiçəyi tökülür və onun zahiri gözəlliyi itir. Varlı adam da beləcə, işləyə-işləyə solacaq.
Yaqub 1:9–11
Axı həyatınız nədir ki? Qısa bir müddətə görünüb sonra da yox olan buxardır.
Yaqub 4:14
Dünya və ondakı ehtiraslar keçib-gedir, amma Allahın iradəsinə əməl edən əbədi qalır.
1 Yəhya 2:17
Ya Rəbb, mənə bildir, Aqibətim necə olacaq? Ömrümün günləri nə qədər qalıb? Qoy nə qədər fani olduğumu anlayım!
Zəbur 39:4
İnsanlar «sülh və təhlükəsizlik» deyəndə hamilə qadının ağrıları necə qəfildən tutursa, onlar da elə qəfil məhvə düçar olacaq və bundan əsla qaça bilməyəcəklər. Amma, qardaşlar, siz qaranlıqda deyilsiniz ki, o gün sizi oğru kimi yaxalasın.
1 Saloni̇kli̇lərə 5:3–4
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax3 noy 2023
Huşə 14:9 · 1 Peter 2:7–8
2 noy 2023
1 Saloni̇kli̇lərə 5:15 · 1 Peter 2:21–23
1 noy 2023
Süleymanin Məsəlləri̇ 8:34 · Zəbur 123:2
31 okt 2023
Zəkəri̇yyə 4:6 · Yeşaya 40:13
30 okt 2023
Mərsi̇yələr 3:26 · Zəbur 77:9
29 okt 2023
Nəğmələr Nəğməsi̇ 5:16 · Zəbur 104:34
