30 okt 2023
Gündəlik İşıq, 31 oktyabr: Rəbbin Ruhuna kim yol göstərdi?
Gündəlik İşıq
Yalnız Mənim Ruhumla iş görəcəksən” Deyir Ordular Rəbbi.
Zəkəri̇yyə 4:6
Rəbbin Ruhuna kim yol göstərdi? Ona kim məsləhətçi olub öyrətdi?
Yeşaya 40:13
Allah isə müdrikləri utandırmaq üçün dünyanın ağılsız saydıqları, güclüləri utandırmaq üçün dünyanın zəif saydıqları, dünyanın dəyərli sayılanlarını heç etmək üçün dünyanın xor baxdıqları, əsilsiz və dəyərsiz sayılan kəsləri də seçdi ki, Allahın qarşısında heç bir insan öyünməsin.
1 Kori̇nfli̇lərə 1:27–29
Yel istədiyi yerdə əsir, onun səsini eşidirsən, amma haradan gəlib haraya getdiyini bilmirsən. Ruhdan doğulmuş adam da belədir.
Yəhya 3:8
Onlar nə qandan, nə bəşər arzusundan, nə də kişi istəyindən deyil, yalnız Allahdan doğuldu.
Yəhya 1:13
Qorxmayın!”
Haqqay 2:5
Çünki döyüş sizin deyil, ancaq Allahındır.
İki̇nci̇ Salnamələr 20:15
Rəbb qılıncla və nizə ilə xilas etməz, çünki bu döyüş Rəbbindir və O sizi bizə təslim edəcək.
Bi̇ri̇nci̇ Şamuel 17:47
Bu qulun və onun nəsli haqqında söylədiyin sözü əbədi saxla və dediyinə əməl et.
İki̇nci̇ Şamuel 7:25
Səndən qorxanlara verdiyin vədini Qulun üçün həyata keçirt. Məni təhqir edənlərə layiqincə cavab verəcəyəm, Çünki Sənin sözlərinə güvənirəm. Sən quluna verdiyin sözü xatırla, Bu sözünlə mənə ümid vermisən. Sənin qaydalarını bu qürbət eldə İlahi tək oxuyuram. Ağzından çıxan qanun mənim üçün Minlərlə qızıldan, gümüşdən daha qiymətlidir. Ya Rəbb, sözün əbədidir, Göylərdədir, dəyişməzdir. Sədaqətin nəsildən-nəslə çatır.
Zəbur 119:38, 42, 49, 54, 72, 89–90
Eləcə də Allah vədin varislərinə iradəsinin dəyişməzliyini daha açıq-aşkar etmək istəyərək Öz vədini andla təsdiqlədi. Belə ki qarşımıza qoyulan ümidə bağlanmaq üçün Allaha sığınan bizlər Allahın bunlarda yalan danışması qeyri-mümkün olduğuna görə iki dəyişilməz şeydə – Onun vəd və andında böyük təsəlliyə malik olaq. Can lövbərimiz kimi möhkəm və sarsılmaz olan bu ümid məbədin pərdəsinin arxasındakı iç otağa daxil olur. İsa ilk olaraq bizim uğrumuzda oraya daxil oldu.
İbrani̇lərə 6:17–20
O bizə çox böyük və dəyərli vədlər verdi ki, bunlar vasitəsilə ehtirasın nəticəsi olan dünyadakı pozğunluqdan qaçıb ilahi təbiətə şərik olasınız.
2 Peter 1:4
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax29 okt 2023
Nəğmələr Nəğməsi̇ 5:16 · Zəbur 104:34
28 okt 2023
Yeşaya 59:16 · Zəbur 40:6–8
27 okt 2023
Matta 8:17 · Levi̇li̇lər 14:4–7
26 okt 2023
Zəbur 99:1 · Yeremya 5:22
25 okt 2023
Matta 28:20 · Yəhya 14:21–23
24 okt 2023
Yunus 2:4 · Yeşaya 49:14–15
