23 okt 2023
Gündəlik İşıq, 24 oktyabr: Sənin gözlərinin önündən qovuldum
Gündəlik İşıq
Sənin gözlərinin önündən qovuldum, Lakin yenə Sənin müqəddəs məbədini görəcəyəm.
Yunus 2:4
Amma Sion dedi: «Rəbb məni tərk etdi, Xudavəndim məni unutdu». Rəbb isə deyir: «Ana südəmər körpəsini heç unudarmı? Bətnindən çıxan oğluna rəhm etməzmi? Ana öz körpəsini unutsa belə, Mən səni əsla unutmaram.
Yeşaya 49:14–15
Yaxşılığı unutdum. Dedim: «Üzərimdən əzəmətim getdi, Rəbdən ümidim kəsildi».
Mərsi̇yələr 3:17–18
Ey Xudavənd, oyan, niyə yatmısan? Qalx, bizi əbədilik atma!
Zəbur 44:23
Ey Yaqub nəsli, ey İsrail! Nə üçün «Rəbb başıma gələnləri bilmir, Allahım mənim haqqıma diqqətsizlik edir?» Deyib gileylənirsən?
Yeşaya 40:27
Bir anlığa qızğın qəzəblə səndən üzümü döndərdim, Lakin əbədi məhəbbətimlə sənə rəhm edəcəyəm». Bunu səni Satınalan, Rəbb deyir.
Yeşaya 54:8
Mənim qəlbim, niyə qırılmısan? Axı niyə bu köksümdə təlaşlanırsan? Ümidini yenə Allaha bağla, Qoy Allahıma – məni qurtarana şükür edim.
Zəbur 43:5
Hər tərəfdən əziyyət çəkirik, amma əzilmirik. Çaşqınlıq içindəyik, lakin çarəsiz deyilik. Təqib olunuruq, amma tərk edilmirik. Yıxıdılırıq, amma yox olmuruq.
2 Kori̇nfli̇lərə 4:8–9
Məzlumlar və fəqirlər Su axtarıb tapmayanda Dilləri susuzluqdan quruyur. Mən Rəbb onlara cavab verəcəyəm.
Yeşaya 41:17
Çoxları deyir: Kim bizə yaxşılıq edəcək?
Zəbur 4:6
İnsanın səma altında çəkdiyi bütün zəhmətlərin, ürəyindəki qayğıların ona nə faydası var? Onun bütün günləri dərd içində, işləri kədər içində keçir. Hətta gecə də ürəyi rahatlanmır. ... Hər şey puçdur, Külək dalınca qaçmağa bənzər.
Vai̇z 2:22–23, 17
Məni – axar suların mənbəyini atıb Özlərinə hovuzlar, su saxlamayan çatlı hovuzlar düzəltdilər.
Yeremya 2:13
Atanın Mənə verdiyi şəxslərin hamısı yanıma gələcək və yanıma gələni heç vaxt kənara atmaram.
Yəhya 6:37
Susamış torpağı sulayacağam.
Yeşaya 44:3
Nə bəxtiyardır salehlik üçün acıb-susayanlar! Çünki onlar doyacaq.
Matta 5:6
Ey Allah, mənim Allahım Sənsən, Sənin üçün yaman qəribsəmişəm. Quraq, cansıxıcı, susuz bir diyarda Sənsiz könlüm susuzdur. Bütün varlığımla həsrətini çəkirəm.
Zəbur 63:1
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax22 okt 2023
Zəbur 108:1 · Zəbur 27:1
21 okt 2023
Yəhya 1:16 · Matta 17:5
20 okt 2023
Romalilara 7:22 · Zəbur 119:97
19 okt 2023
Süleymanin Məsəlləri̇ 3:26 · Zəbur 76:10
18 okt 2023
Yəhya 19:34 · Çixiş 24:8
17 okt 2023
Zəbur 89:16 · Yeşaya 45:24–25
