16 okt 2023
Gündəlik İşıq, 17 oktyabr: İsminə görə daim sevinirlər
Gündəlik İşıq
İsminə görə daim sevinirlər, Salehliyinə görə şərəfə çatırlar.
Zəbur 89:16
Mənim üçün belə deyəcəklər: “Salehlik və qüvvət yalnız Rəbdədir. Ona qarşı qəzəblənənlər hüzuruna gəlib utanacaqlar. Bütün İsrail nəsli Rəbdə haqq qazanacaq və izzətlənəcək”.
Yeşaya 45:24–25
Ey salehlər, fərəhlənin, Rəbbə görə sevinin! Ey ürəyidüz olanlar, Onu mədh edin!
Zəbur 32:11
Amma indi Qanuna bağlı olmayaraq Allahdan gələn salehlik zahir olub. Buna Qanun da, Peyğəmbərlərin yazıları da şəhadət edir. Allahdan gələn bu salehlik İsa Məsihə iman vasitəsilə Ona iman gətirənlərin hamısına verilir. ... Bunu etdi ki, indiki zamanda salehliyini zahir etsin; beləcə Özü ədalətli olsun, İsaya olan imana əsaslananı da saleh saysın.
Romalilara 3:21–22, 26
Rəbdə həmişə sevinin! Bir də deyirəm: sevinin!
Fi̇li̇pi̇li̇lərə 4:4
Siz İsa Məsihi görməmisiniz, amma Onu sevirsiniz. Hətta siz Onu indi də görmürsünüz, lakin Ona iman edib təsvirolunmaz və izzətli sevinclə hədsiz sevinirsiniz.
1 Peter 1:8
Çünki padşahlıq, qüdrət və izzət Əbədi olaraq Sənindir.
Matta 6:13
Rəbb hökmranlıq edir, əzəmət libasıdır ... Ya Rəbb, taxtın əvvəldən qurulub, Əzəldən var olan Sənsən.
Zəbur 93:1–2
Rəbb hədsiz səbirlidir, qüdrətlidir.
Nahum 1:3
Əgər Allah bizimlədirsə, kim bizə qarşı dura bilər?
Romalilara 8:31
əgər belə olsa, qulluq etdiyimiz Allahımız bizi odla qızmış sobadan xilas etməyə qadirdir və sənin də əlindən qurtaracaq.
Dani̇el 3:17
Onları Mənə verən Atam hamıdan böyükdür. Onları heç kim Atanın əlindən qapa bilməz.
Yəhya 10:29
Çünki sizdə olan Ruh dünyada olandan üstündür.
1 Yəhya 4:4
Bizi yox, ya Rəbb, bizi yox, Məhəbbətin, sədaqətin naminə.
Zəbur 115:1
Ya Rəbb, əzəmət, qüdrət, calal, zəfər və şöhrət Sənə məxsusdur, çünki göydə və yerdə olan hər şey Sənindir. Ya Rəbb, padşahlıq Sənindir və Hökmdar olaraq hər şeydən ucasan. İndi, ey Allahımız, biz Sənə şükür edirik və izzətli adına həmd edirik. Ancaq mən kiməm və xalqım nədir ki, bu cür könüllü nəzirlər verə bilək? Çünki hər şey Səndəndir və əlindən aldığımızı Sənə verdik.
Bi̇ri̇nci̇ Salnamələr 29:11, 13–14
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax15 okt 2023
Zəbur 59:9 · İki̇nci̇ Şamuel 22:2–3
14 okt 2023
Romalilara 14:9 · Yeşaya 53:10–11
13 okt 2023
Dani̇el 10:12 · Yeşaya 57:15
12 okt 2023
2 Kori̇nfli̇lərə 5:19 · Kolosseli̇lərə 1:19–20
11 okt 2023
Zəbur 22:11 · Zəbur 13:1–2
10 okt 2023
Efesli̇lərə 3:15 · Efesli̇lərə 4:6
