13 okt 2023
Gündəlik İşıq, 14 oktyabr: O, çörəklə, su ilə təmin olunacaq
Gündəlik İşıq
Çünki Məsih ona görə ölüb yenə yaşadı ki, həm ölülərin, həm də yaşayanların Rəbbi olsun.
Romalilara 14:9
Amma Rəbb Özü onun bu iztirablarını istədi, Çəkdiyi əziyyətlər Onun iradəsi idi. Öz canını təqsir qurbanı təqdim edərsə, Nəsil görəcək, ömür uzadacaq. Rəbbin istəyi onun əli ilə uğur qazanacaq. O çəkdiyi iztirablarının bəhrəsini görüb qane olacaq, Mənim saleh qulum öz biliyi ilə çoxlarına bəraət qazandıracaq, Onların şər əməllərinin yükünü üzərinə götürəcək.
Yeşaya 53:10–11
Məsih bu əzabları çəkib Öz izzətinə qovuşmalı deyildimi?
Luka 24:26
Bir Nəfər hamı üçün öldüyünə görə hamı öldü. Bəli, O hər kəs uğrunda öldü ki, qoy yaşayanlar artıq özləri üçün deyil, onlar uğrunda Ölüb-Dirilən üçün yaşasınlar.
2 Kori̇nfli̇lərə 5:14–15
Ona görə də qoy bütün İsrail xalqı möhkəm bilsin ki, Allah sizin çarmıxa çəkdiyiniz bu İsanı həm Rəbb, həm də Məsih təyin etmişdir.
Həvari̇ləri̇n İşləri̇ 2:36
Dünya yaranmazdan əvvəl tanınmış Məsih bu axır zamanda sizə görə zühur etdi. Məsih vasitəsilə siz Onu ölülər arasından dirildib izzətləndirən Allaha iman edirsiniz.
1 Peter 1:20–21
Gündəlik çörəyimizi bizə bu gün ver.
Matta 6:11
Gəncliyimdən qocalığımadək Salehin tərk edildiyini, Nəslinin çörək üçün diləndiyini görməmişəm.
Zəbur 37:25
O, çörəklə, su ilə təmin olunacaq.
Yeşaya 33:16
Qarğalar ona hər səhər-axşam çörək və ət gətirərdilər, vadidən də su içərdi.
Bi̇ri̇nci̇ Padşahlar 17:6
Sizin hər ehtiyacınızı isə Allahım Məsih İsada olan Öz izzətli zənginliyinə görə ödəyəcək.
Fi̇li̇pi̇li̇lərə 4:19
Ona qane olun. Çünki Allah Özü demişdir: «Səni heç vaxt atmaram, səni heç vaxt tərk etmərəm».
İbrani̇lərə 13:5
Təkəbbürünüzü qırmaq üçün sizi ac qoydu, sonra isə nə sizin, nə də atalarınızın gördüyü manna ilə sizi qidalandırdı. Bununla öyrətdi ki, insan yalnız çörəklə deyil, Rəbbin ağzından çıxan hər kəlmə ilə yaşayar.
Qanunun Təkrari 8:3
Onda İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: sizə göydən çörək verən Musa deyildi, göydən həqiqi çörəyi sizə verən Atamdır. Çünki Allahın çörəyi budur ki, göydən enir və dünyaya həyat verir». Ona dedilər: «Ağa, Sən daim bizə bu çörəyi ver».
Yəhya 6:32–34
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax12 okt 2023
2 Kori̇nfli̇lərə 5:19 · Kolosseli̇lərə 1:19–20
11 okt 2023
Zəbur 22:11 · Zəbur 13:1–2
10 okt 2023
Efesli̇lərə 3:15 · Efesli̇lərə 4:6
9 okt 2023
Nehemya 9:17 · 2 Peter 3:9
8 okt 2023
İbrani̇lərə 13:6 · Romalilara 8:35
7 okt 2023
Zəbur 25:9 · Matta 5:5
