11 okt 2023
Gündəlik İşıq, 12 oktyabr: Allahla barışıb dost olsan
Gündəlik İşıq
Belə ki Allah insanların təqsirlərini onların əleyhinə qoymayaraq dünyanı Məsihdə Özü ilə barışdırmaqda idi.
2 Kori̇nfli̇lərə 5:19
Çünki Allah Onda tam bütövlüyü ilə yaşamağa və Onun vasitəsilə, çarmıxda axıdılan qanı ilə barışıq yaradaraq həm yerdə.
Kolosseli̇lərə 1:19–20
Məhəbbətlə həqiqət bir-birinə qovuşacaq, Salehliklə əmin-amanlıq bir-biri ilə öpüşəcək.
Zəbur 85:10
Çünki sizin barənizdə olan fikirlərimi Özüm bilirəm” Rəbb belə bəyan edir. “Mən sizin pisliyiniz deyil, salamatlığınız barədə düşünürəm ki, sizə ümidli bir gələcək verim.
Yeremya 29:11
Rəbb deyir: «Gəlin indi birgə düşünək bu an, Günahlarınız qıpqırmızı parça kimi görünsə də, Onlar qar kimi ağ olacaq, Tünd qırmızı rəngə çalsa da, Onlar ağ yun kimi bəyaz olacaq.
Yeşaya 1:18
Sağ qalan xalqının cəzasını aradan götürən.
Mi̇keya 7:18
Allahla barışıb dost olsan.
Əyyub 22:21
Qorxu və lərzə ilə xilasınızı əməllərinizdə göstərin. Çünki sizdə fəaliyyət göstərən Allahdır, belə ki Onun xoş məramını həm istəyəsiniz, həm də bunun üçün fəaliyyət göstərəsiniz.
Fi̇li̇pi̇li̇lərə 2:12–13
Ya Rəbb, bizə sülh verən Sənsən, Bütün işlərimizi Sən bizim üçün tənzimləyirsən.
Yeşaya 26:12
Padşahlığın gəlsin.
Matta 6:10
O padşahların dövründə göylərin Allahı heç vaxt dağılmayan bir padşahlıq quracaq və bu padşahlıq başqa xalqın əlinə keçməyəcək. O bütün əvvəlki padşahlıqları əzib-dağıdacaq, özü isə əbədi qalacaq.
Dani̇el 2:44
Sən baxdığın zaman əl dəymədən bir daş yerindən qoparıldı.
Dani̇el 2:34
Yalnız Mənim Ruhumla iş görəcəksən” Deyir Ordular Rəbbi.
Zəkəri̇yyə 4:6
Allahın Padşahlığı müşahidə ilə gəlməz. Adamlar “bax, o buradadır” yaxud “oradadır” deməyəcəklər, çünki budur, Allahın Padşahlığı sizin daxilinizdədir.
Luka 17:20–21
Allahın Padşahlığının sirri sizə açılmışdır ... Allahın Padşahlığı torpağa toxum səpən əkinçiyə bənzəyir. O, gecə yatır, gündüz qalxır. Toxum cücərib boy atır, amma əkinçi bunun necə baş verdiyini bilmir. Məhsul yetişəndə əkinçi dərhal oraq vurur, çünki biçin vaxtı gəlmişdir.
Mark 4:11, 26–27, 29
Buna görə siz də hazır olun, çünki Bəşər Oğlu gözləmədiyiniz vaxt gələcək.
Matta 24:44
Ruh da, gəlin də deyir: «Gəl!» Qoy eşidən də desin: «Gəl!»
Vəhy 22:17
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax10 okt 2023
Efesli̇lərə 3:15 · Efesli̇lərə 4:6
9 okt 2023
Nehemya 9:17 · 2 Peter 3:9
8 okt 2023
İbrani̇lərə 13:6 · Romalilara 8:35
7 okt 2023
Zəbur 25:9 · Matta 5:5
6 okt 2023
Vəhy 19:6 · Əyyub 42:2
5 okt 2023
Zəbur 50:15 · Zəbur 42:11
