1 dek 2023
Gündəlik İşıq, 2 dekabr: Çünki Allah Onda tam bütövlüyü ilə yaşamağa
Gündəlik İşıq
Lakin siz Müqəddəs Olandan bir məsh almısınız və hamınız biliklisiniz.
1 Yəhya 2:20
Allah Nazaretli İsanı Müqəddəs Ruhla və qüdrətlə məsh etdi.
Həvari̇ləri̇n İşləri̇ 10:38
Çünki Allah Onda tam bütövlüyü ilə yaşamağa.
Kolosseli̇lərə 1:19
Hamımız Onun bütövlüyündən lütf üstünə lütf aldıq.
Yəhya 1:16
Başıma ətirli yağ çəkirsən, Ağzınadək camımı doldurursan.
Zəbur 23:5
Sizə gəlincə, Ondan aldığınız məsh daxilinizdə qalır və kimsənin sizə təlim verməsinə ehtiyacınız yoxdur. Əksinə, Onun bu məshi sizə hər şey barədə təlim verir və bu, yalan deyil, həqiqətdir. Ona görə də sizə öyrətdiyi kimi Onda qalın.
1 Yəhya 2:27
Lakin Vəsatətçi – Atanın Mənim adımla göndərəcəyi Müqəddəs Ruh hər şeyi sizə öyrədəcək və söylədiyim bütün sözləri yadınıza salacaq.
Yəhya 14:26
Beləcə Ruh da bizə zəif olarkən kömək edir. Biz nə üçün və necə dua etmək lazım olduğunu bilmirik, lakin Ruh Özü dillə deyilməyən ahlarla vəsatətçilik edir.
Romalilara 8:26
Bədənlərimiz də təmiz su ilə yuyulmuş halda imanın tam etimadı ilə, səmimi qəlblə Allaha yaxınlaşaq.
İbrani̇lərə 10:22
Çünki əgər təkələrlə buğaların qanı və düyənin külünün murdar olanların üstünə səpilməsi onları təqdis edib cismən təmizləyirsə, deməli, əbədi Ruh vasitəsilə Özünü qüsursuz olaraq Allaha təqdim etmiş Məsihin qanı var olan Allaha ibadət edə bilməmiz üçün vicdanımızı ölüm gətirən əməllərdən nə qədər çox təmizləyəcək!
İbrani̇lərə 9:13–14
Yeni Əhdin Vasitəçisi olan İsaya və Habilin qanından daha üstün söz deyən səpilmiş qana yaxınlaşdınız.
İbrani̇lərə 12:24
Tam hikmət və dərrakə ilə bizə bol-bol göstərdiyi Öz zəngin lütfünə görə biz Oğlunda, Onun qanı vasitəsilə satınalınmaya – təqsirlərimizin bağışlanmasına malikik.
Efesli̇lərə 1:7
Musa Qanunun hər əmrini bütün xalqın önündə bəyan edəndən sonra su, al rəngli yun və züfa otu ilə dana və təkələrin qanını götürüb həm kitabın özünə, həm də bütün xalqın üzərinə səpərək dedi: Eyni tərzdə çadır və bütün xidmət əşyalarının üzərinə qan səpdi. Demək olar ki, Qanuna görə hər bir şey qanla təmizlənir və qan axıdılmadan bağışlanma olmur.
İbrani̇lərə 9:19, 21–22
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax30 noy 2023
Vəhy 1:4 · Fi̇li̇pi̇li̇lərə 4:7
29 noy 2023
Zəbur 65:4 · Zəbur 27:4
28 noy 2023
Yaqub 2:26 · Matta 7:21
27 noy 2023
Yəhya 17:22 · Yeşaya 6:1–3
26 noy 2023
Yeşaya 62:4 · Yeşaya 43:1
25 noy 2023
Romalilara 6:18 · Matta 6:24
