20 fev 2024
Gündəlik İşıq, 21 fevral: Çünki sizi təqdis edən Rəbb Mənəm
Gündəlik İşıq
Çünki sizi təqdis edən Rəbb Mənəm.
Levi̇li̇lər 20:8
Sizi digər xalqlardan ayıran Allahınız Rəbb Mənəm. Siz Mənim üçün müqəddəs olun, çünki Mən Rəbb müqəddəsəm. Mən sizi digər xalqlardan ayırdım ki, siz Mənim xalqım olasınız.
Levi̇li̇lər 20:24, 26
İsa Məsih üçün qorunmuş olan çağırılanlara salam!
Yəhuda 1:1
Onları həqiqətlə təqdis et. Sənin sözün həqiqətdir.
Yəhya 17:17
Qoy sülh qaynağı olan Allahın Özü sizi tamamilə təqdis etsin və Rəbbimiz İsa Məsihin zühurunda ruhunuz, canınız və bədəniniz nöqsansız olaraq qorunsun.
1 Saloni̇kli̇lərə 5:23
Bunun kimi İsa da Öz qanı ilə xalqı təqdis etmək üçün şəhər darvazasının kənarında əzab çəkdi.
İbrani̇lərə 13:12
Ulu Allah və Xilaskarımız İsa Məsihin izzətinin zühurunu gözləyək. O Özünü bizim üçün fəda etdi ki, bizi hər cür qanunsuzluqdan satın alsın, təmizləyib Özünə məxsus və yaxşı işlərə səy göstərən bir xalq yaratsın.
Ti̇tə 2:13–14
Çünki təqdis edən Şəxsin və təqdis olunanların hamısının Atası eynidir. Bu səbəbdən İsa onları qardaş çağırmaqdan utanmayıb deyir.
İbrani̇lərə 2:11
Mən Özümü onların uğrunda təqdis edirəm ki, onlar da həqiqətlə təqdis olunsun.
Yəhya 17:19
Ata Allahın qabaqcadan bilməsinə görə siz Ruh tərəfindən təqdis olunaraq İsa Məsihə itaət etməniz və Onun qanının üzərinizə səpilməsi üçün seçilmisiniz.
1 Peter 1:2
Salehlərin üstünə nur tökülər, Ürəyidüz olanların üstünə sevinc səpilər.
Zəbur 97:11
Göz yaşı ilə əkənlər Sevinc harayı çəkərək biçəcək. Ağlaya-ağlaya toxum torbasını daşıyıb-gedən Sevinc harayı ilə dərzləri daşıya-daşıya gələcək.
Zəbur 126:5–6
Əkərkən hasil olacaq bədəni deyil.
1 Kori̇nfli̇lərə 15:37
Rəbbimiz İsa Məsihin Allahına – Atasına alqış olsun! O Öz böyük mərhəmətinə görə yenidən doğulmamızı təmin etdi. İsa Məsihin ölülər arasından dirilməsi ilə bizi canlı ümidə, Buna görə hal-hazırda qısa bir müddət cürbəcür sınaqlarda kədərə düşməyə məcbur olsanız da, hədsiz sevinirsiniz; belə ki imanınızın sınaqdan keçməsi İsa Məsihin zühurunda sizə tərif, izzət və şərəf gətirsin. Bu imanınız odla təmizlənsə belə, fani qızıldan daha çox dəyərlidir.
1 Peter 1:3, 6–7
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax19 fev 2024
Süleymanin Məsəlləri̇ 2:6 · Süleymanin Məsəlləri̇ 3:5
18 fev 2024
Yeremya 17:17 · Zəbur 4:6
17 fev 2024
Levi̇li̇lər 4:12 · Yəhya 19:16
16 fev 2024
Nəğmələr Nəğməsi̇ 1:3 · Efesli̇lərə 5:2
15 fev 2024
Süleymanin Məsəlləri̇ 20:9 · Zəbur 14:2–3
14 fev 2024
Matta 3:15 · Zəbur 40:8
