21 fev 2024
Gündəlik İşıq, 22 fevral: Rəbb ona yol seçməyi öyrədir
Gündəlik İşıq
Rəbdən qorxan kimdir? Rəbb ona yol seçməyi öyrədir.
Zəbur 25:12
Bədənin çırağı gözdür. Əgər gözün sağlam olarsa, bütün bədənin də nurlu olacaq.
Matta 6:22
Sözün addımıma çıraqdır, Yollarıma işıqdır.
Zəbur 119:105
Sağa ya sola azdığınız vaxt Arxanızdan «Yol budur, gedin bu yolla» Deyilən səsi eşidəcəksiniz.
Yeşaya 30:21
Dedin: «Sənə təlim verəcəyəm, Gedəcəyin yolu öyrədəcəyəm. Nəsihət verəcəyəm, Gözüm sənin üstündə olacaq. At yaxud qatır kimi Şüursuz olmayın. Cilov, yüyən vurulmasa, Onlar idarə edilə bilməz». Pislərin başına çox bəla gələr, Rəbbə güvənənlər isə hər tərəfdən məhəbbətə bürünər. Ey salehlər, fərəhlənin, Rəbbə görə sevinin! Ey ürəyidüz olanlar, Onu mədh edin!
Zəbur 32:8–11
Ya Rəbb, bilirəm ki, İnsanın ömrü öz əlində deyil. Addımlarını düzəltmək Gedən adamın işi deyil.
Yeremya 10:23
Qorxusuz, rahat yatarsan, Şirin yuxu taparsan.
Süleymanin Məsəlləri̇ 3:24
Bu vaxt böyük bir tufan qopdu. Dalğalar qayığa elə hücum çəkdi ki, su artıq onun içinə doldu. İsa qayığın arxa tərəfində başını yastığa qoyub yatırdı.
Mark 4:37–38
Heç nəyin qayğısını çəkməyin, amma hər barədə xahişlərinizi Allaha dualarla, yalvarışlarla, şükür edə-edə bildirin. Onda Allahın ağlagəlməz sülhü ürəklərinizi və düşüncələrinizi Məsih İsada qoruyacaq.
Fi̇li̇pi̇li̇lərə 4:6–7
Arxayın yatıb yuxuya gedirəm, Çünki yalnız Sən, ya Rəbb, məni əmin-amanlıqda yaşadırsan!
Zəbur 4:8
Rəbb sevdiklərinə yuxuda olanda belə, verər.
Zəbur 127:2
Stefan üstünə yağan daşlar altında belə yalvarırdı: «Ya Rəbb İsa, ruhumu qəbul et». Sonra diz çöküb ucadan nida etdi: «Ya Rəbb, bunu onlara günah sayma». Bunu deyəndən sonra gözlərini bu həyata yumdu.
Həvari̇ləri̇n İşləri̇ 7:59–60
Arxayınlığımız var və bu bədəndən uzaqlaşıb Rəbbimizin yanında məskunlaşmağı üstün tuturuq.
2 Kori̇nfli̇lərə 5:8
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax20 fev 2024
Yeşaya 53:11 · Yəhya 19:30
19 fev 2024
Süleymanin Məsəlləri̇ 2:6 · Süleymanin Məsəlləri̇ 3:5
18 fev 2024
Yeremya 17:17 · Zəbur 4:6
17 fev 2024
Levi̇li̇lər 4:12 · Yəhya 19:16
16 fev 2024
Nəğmələr Nəğməsi̇ 1:3 · Efesli̇lərə 5:2
15 fev 2024
Süleymanin Məsəlləri̇ 20:9 · Zəbur 14:2–3
