Axı qəzəbinin gücünü kim dərk edə bilər? Hirsinin vahiməsini kim duya bilər?
ZƏBUR 90:11
Gündəlik İşıq

Axı qəzəbinin gücünü kim dərk edə bilər? Hirsinin vahiməsini kim duya bilər?
ZƏBUR 90:11
Altıncı saatdan doqquzuncu saata qədər bütün yer üzünə qaranlıq çökdü. Doqquzuncu saata yaxın İsa uca səslə nida edərək dedi: «Eli, Eli, lema şavaqtani?» Bu «Ey Allahım, Allahım, niyə Məni tərk etdin?» deməkdir.
MATTA 27:45-46
Hamımız qoyun kimi yolu azmışdıq, Hər birimiz öz yolumuzla gedirdik. Rəbb hamımızın şər əməllərinin yükünü onun üzərinə qoydu.
YEŞAYA 53:6
Deməli, indi Məsih İsada olanlara heç bir məhkumluq yoxdur.
ROMALILARA 8:1
Beləliklə, imanla saleh sayıldığımız üçün Rəbbimiz İsa Məsih vasitəsilə Allahla barışmış oluruq.
ROMALILARA 5:1
Məsih bizim uğrumuzda lənətlənərək bizi Qanunun lənətindən satın aldı. Çünki yazılıb: «ağacdan asılan hər kəsə lənət olsun!»
QALATİYALILARA 3:13
Allahın bizə olan məhəbbəti belə zahir oldu: Allah Öz vahid Oğlunu dünyaya göndərdi ki, biz Onun vasitəsilə yaşayaq. Məhəbbət bizim Allahı sevməyimizlə bağlı deyil, amma bundan ibarətdir: O bizi sevdi və Öz Oğlunu bizim günahlarımıza görə kəffarə qurbanı olaraq göndərdi.
1 YƏHYA 4:9-10
Bunu etdi ki, indiki zamanda salehliyini zahir etsin; beləcə Özü ədalətli olsun, İsaya olan imana əsaslananı da saleh saysın.
ROMALILARA 3:26
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
22 fev 2024
Psalms 25:12
21 fev 2024
Leviticus 20:8
20 fev 2024
Isaiah 53:11
19 fev 2024
Proverbs 2:6
18 fev 2024
Jeremiah 17:17
17 fev 2024
Leviticus 4:12
16 fev 2024
Song of Solomon 1:3
Qurtuluş
Qurtuluşun sadə ABC-lərini kəşf edin. Günah haqqında həqiqəti qəbul etməyi, İsa Məsihə inanmağı və əbədi…

Sevgi
Bu məqalə aqape, yəni "baş sevgisi"ni, Allahın bizi sevdiyi kimi, şərtsiz sevmək seçimi kimi araşdırır.
Təkliflər
Bu şeir imanlıları Məsihin bizim xilasımız üçün çarmıxda çəkdiyi dərin qurbanı və əzablarını xatırlamağa…
Qurtuluş
İsa Məsihin könüllü olaraq çarmıxda ölməsinin dərin səbəblərini kəşf edin. Onun qurbanının günahlarınızın…

Sevgi
Bu məqalə aqape, yəni "baş sevgisi"ni, Allahın bizi sevdiyi kimi, şərtsiz sevmək seçimi kimi araşdırır.
Kəffarə
Bir yəhudi adam ənənəvi yəhudilikdən İsa Məsihin qanı vasitəsilə əsl kəffarə tapmağa qədər olan səyahətini…
Məsih
Əhdi-Ətiq peyğəmbərliklərini araşdırın, İbrahimin nəslindən Beytlehemdə doğulmasına qədər Məsihi…

Təkliflər
Bu şeir imanlıları Məsihin bizim xilasımız üçün çarmıxda çəkdiyi dərin qurbanı və əzablarını xatırlamağa…