Nə var-dövlət əbədidir, nə də tac nəsildən-nəslə keçir.
SÜLEYMANIN MƏSƏLLƏRİ 27:24
Gündəlik İşıq

Nə var-dövlət əbədidir, nə də tac nəsildən-nəslə keçir.
SÜLEYMANIN MƏSƏLLƏRİ 27:24
Əlbəttə, insan kölgə kimi dolaşır, Həqiqətən, o boş yerə çarpışır, Var-dövlət yığır, kimə qalacağını bilmir.
ZƏBUR 39:6
Dünyəvi şeyləri deyil, ucalardakı şeyləri düşünün.
KOLOSSELİLƏRƏ 3:2
Yer üzündə özünüzə xəzinələr yığmayın. Orada güvə və pas onları məhv edər ya da oğrular girib oğurlayar. Bunun yerinə özünüzə göydə xəzinələr yığın. Orada nə güvə, nə pas onları məhv edər, nə də oğrular girib oğurlayar. Çünki xəzinən haradadırsa, ürəyin də orada olacaq.
MATTA 6:19-21
Yarışda iştirak edən hər kəs hər cəhətdən öz nəfsinə hakimdir. Onlar bunu solub gedən dəfnə çələngi almaq üçün edər, biz isə solmaz tac almaq üçün çalışırıq.
1 KORİNFLİLƏRƏ 9:25
Gözlərimizi görünən şeylərə deyil, görünməyən şeylərə dikirik. Çünki görünənlər gəldi-gedər, görünməyənlərsə əbədidir.
2 KORİNFLİLƏRƏ 4:18
Şər adam saxta mükafat qazanar, Salehlik toxumu əkən, həqiqətən, onun əvəzini alar.
SÜLEYMANIN MƏSƏLLƏRİ 11:18
İndi salehlik tacı mənim üçün hazır durur. Ədalətli Hakim olan Rəbb qiyamət günü onu mənə – yalnız mənə deyil, Onun zühuruna can atanların hamısına verəcək.
2 TİMOTEYƏ 4:8
Baş Çoban zühur etdiyi zaman siz solmayan izzət tacı alacaqsınız.
1 PETER 5:4
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
28 mar 2024
Joshua 1:18
27 mar 2024
Proverbs 11:18
26 mar 2024
Matthew 2:14-15
25 mar 2024
Hebrews 13:5-6
24 mar 2024
Genesis 15:6
23 mar 2024
Revelation 4:8
22 mar 2024
Genesis 13:10-11

İman
Həyat bir yarışdır, lakin qələbə dünyəvi uğurlarda tapılmır. Əbədi mükafatınızı qazanmaq üçün Süleymanın…
Pastoral Qayğı
Çobanlığın ruhani hədiyyəsini və ağsaqqalların Allahın sürüsünü bəsləmək və ona nəzarət etməkdəki həyati…
Pul
1 Timotey 6-dan Müqəddəs Kitabın sərvətə baxışını araşdırın. Xristianların niyə sərvətə həris olmamalı…
Allahın Krallığı
Allahın krallığının ruhani təbiətini, onun tarixi kontekstini və xristianların təbəə kimi necə yaşamalı…

İman
Həyat bir yarışdır, lakin qələbə dünyəvi uğurlarda tapılmır. Əbədi mükafatınızı qazanmaq üçün Süleymanın…

Pastoral Qayğı
Çobanlığın ruhani hədiyyəsini və ağsaqqalların Allahın sürüsünü bəsləmək və ona nəzarət etməkdəki həyati…
Ruhani İnkişaf
Məsihçi həyatının necə bir yarış olduğunu, intizam və dözümlülük tələb etdiyini kəşf edin. Sadiq möminləri…
Bağışlanma
Xristianlar həyatın zamana aid aspektlərini keçmiş üçün bağışlanma, indiki zaman üçün ehtiras və gələcək üçün…