10 iyn 2024
Gündəlik İşıq, 11 iyun: O durub öz atasının yanına getdi
Gündəlik İşıq
O durub öz atasının yanına getdi. Oğul hələ uzaqda ikən atası onu gördü. Ona rəhmi gəldi və qaçıb onun boynuna sarıldı və öpdü.
Luka 15:20
Rəbb rəhmli və lütfkardır, Hədsiz səbirli və bol məhəbbətlidir. Həmişə töhmətləndirməz, Qəzəbi sonsuza qədər sürməz. Bizimlə günahlarımıza görə davranmaz, Təqsirlərimizin əvəzini çıxmaz. Çünki göylər yerdən nə qədər ucadırsa, Ondan qorxanlara olan məhəbbəti o qədər böyükdür. Nə qədər şərq qərbdən uzaqdırsa, Qanunsuzluqlarımızı bizdən o qədər uzaqlaşdırıb. Ata övladlarına rəhm etdiyi kimi Rəbb də Ondan qorxanlara elə rəhm edir.
Zəbur 103:8–13
Övladlıq Ruhunu aldınız. Elə o Ruhun vasitəsilə Allaha «Abba, Ata» deyə nida edirik. Elə Ruh Özü bizim ruhumuzla birgə şəhadət edir ki, biz Allahın övladlarıyıq.
Romalilara 8:15–16
Amma bir zamanlar uzaq olan sizlər indi Məsih İsada Məsihin qanı sayəsində yaxın oldunuz. Deməli, artıq yad və qərib deyilsiniz, siz müqəddəslərlə birgə vətəndaş və Allah ailəsinin üzvüsünüz.
Efesli̇lərə 2:13, 19
Mən hər şeyi yenidən qururam.
Vəhy 21:5
Bir kəs yenidən doğulmasa, Allahın Padşahlığını görə bilməz.
Yəhya 3:3
Kim Məsihdədirsə, yeni yaradılışdır, köhnə şeylər keçib-getdi, təzə şeylər gəldi.
2 Kori̇nfli̇lərə 5:17
Mən sizə yeni ürək verəcək, daxilinizə yeni ruh qoyacağam. Köksünüzdən daş ürəyi çıxarıb sizə ətdən olan ürək verəcəyəm.
Yezekel 36:26
Əslində mayasız olduğunuz kimi köhnə mayadan təmizlənin ki, təzə xəmir olasınız.
1 Kori̇nfli̇lərə 5:7
əsl salehlik və müqəddəsliklə Allaha bənzər yaradılmış yeni mənliyə bürünün.
Efesli̇lərə 4:24
Rəbbin ağzı ilə deyəcəyi, Sənə verəcəyi yeni bir adla çağırılacaqsan.
Yeşaya 62:2
Mən yeni göylər və yeni yer yaradıram. Əvvəlki işlər bir daha xatırlanmayacaq, Heç yada düşməyəcək.
Yeşaya 65:17
Hər şey belə məhv olacaqsa, siz nə cür insanlar olmalısınız? Müqəddəs həyat sürməli, mömin olmalısınız.
2 Peter 3:11
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax9 iyn 2024
Yəhya 7:46 · Zəbur 45:2
8 iyn 2024
Yaradiliş 39:3 · Zəbur 128:1–2
7 iyn 2024
Luka 18:1 · Luka 11:5–8
6 iyn 2024
Sefanya 3:17 · Qanunun Təkrari 7:7–8
5 iyn 2024
Luka 17:10 · Romalilara 3:27
4 iyn 2024
Haqqay 2:9 · Bi̇ri̇nci̇ Salnamələr 22:5
