6 iyn 2024
Gündəlik İşıq, 7 iyun: Məsələn, sizlərdən birinin bir dostu var
Gündəlik İşıq
İsa şagirdlərinə daim dua etmək və heç ruhdan düşməmək lazım olduğu barədə bir məsəl çəkdi.
Luka 18:1
Məsələn, sizlərdən birinin bir dostu var. O da gecə yarısı dostunun yanına gedib deyir: “Dostum, mənə üç kömbə çörək borc ver, çünki yanıma dostum gəlib, qabağına qoyacaq heç nəyim yoxdur”. Dostu da içəridən belə cavab verir: “Məni narahat etmə. Qapı artıq qıfıllıdır, uşaqlarım yanımda yatıb, mən durub sənə bir şey verə bilmərəm”. Sizə deyim ki, o həmin adamla dost olduğu halda vermək istəməsə də, təkidlə xahiş etdiyinə görə qalxıb nə qədər ehtiyacı olsa, ona verəcək.
Luka 11:5–8
Hər cür dua və yalvarışla, həmişə Ruhun idarəsi ilə dua edin. Bu məqsəd uğrunda tamamilə mətin olub oyaq qalaraq bütün müqəddəslər üçün dua edin.
Efesli̇lərə 6:18
Mənə xeyir-dua verməsən, Səni buraxmaram ... çünki sən Allahla və insanlarla güləşib üstün gəlmisən.
Yaradiliş 32:26, 28
Özünüzü duaya həsr edin və duada şükür edərək oyaq durun.
Kolosseli̇lərə 4:2
O bütün gecəni Allaha dua etməklə keçirtdi.
Luka 6:12
Bütün günahlarımı bağışla.
Zəbur 25:18
Rəbb deyir: «Gəlin indi birgə düşünək bu an, Günahlarınız qıpqırmızı parça kimi görünsə də, Onlar qar kimi ağ olacaq, Tünd qırmızı rəngə çalsa da, Onlar ağ yun kimi bəyaz olacaq.
Yeşaya 1:18
Cəsarətli ol, oğlum, günahların bağışlandı.
Matta 9:2
Mənəm Öz xatirimə görə sənin üsyankarlığını silən, Bəli, Mən günahlarını da yada salmaram.
Yeşaya 43:25
Bəşər Oğlunun yer üzündə günahları bağışlamaq səlahiyyəti var» və onda iflicə dedi: «Qalx, yatağını götür və evinə get!
Matta 9:6
Tam hikmət və dərrakə ilə bizə bol-bol göstərdiyi Öz zəngin lütfünə görə biz Oğlunda, Onun qanı vasitəsilə satınalınmaya – təqsirlərimizin bağışlanmasına malikik.
Efesli̇lərə 1:7
Bizim salehliklə etdiyimiz əməllərlə deyil, Öz mərhəmətinə görə bizi xilas etdi. Bunu bizi yumaqla, yəni Müqəddəs Ruhun bizi yenidən doğuzdurub təzələməsi ilə etdi. Allah Xilaskarımız İsa Məsih vasitəsilə üzərimizə bol-bol Müqəddəs Ruhu tökdü ki.
Ti̇tə 3:5–6
Siz təqsirləriniz və cismani sünnətsizliyiniz üzündən ölü ikən Allah sizə Məsihlə birgə həyat verdi və bütün təqsirlərimizi bağışlayıb tələbləri ilə əleyhimizə və zərərimizə olan borc sənədini ləğv etdi, onu çarmıxa mıxlayaraq qarşımızdan götürdü.
Kolosseli̇lərə 2:13–14
Rəbbə alqış et, ey könlüm ... Odur bütün təqsirlərini əfv edən.
Zəbur 103:2–3
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax5 iyn 2024
Luka 17:10 · Romalilara 3:27
4 iyn 2024
Haqqay 2:9 · Bi̇ri̇nci̇ Salnamələr 22:5
3 iyn 2024
Matta 25:13 · Luka 21:34–36
2 iyn 2024
Çixiş 12:11 · Mi̇keya 2:10
1 iyn 2024
Qalati̇yalilara 5:22 · Çixiş 34:6
31 may 2024
Yaradiliş 32:28 · Huşə 12:3–4
