30 may 2024
Gündəlik İşıq, 31 may: Allaha imanınız olsun (Mark 11:22)
Gündəlik İşıq
Artıq sənə Yaqub deyil, İsrail deyiləcək, çünki sən Allahla və insanlarla güləşib üstün gəlmisən.
Yaradiliş 32:28
Böyüklük çağında Allahla güləşdi. Mələklə güləşib ona üstün gəldi, Ağlayaraq Ondan xeyirxahlıq istədi.
Huşə 12:3–4
Allahın vədinə imansızlıqla şübhə etmədi, əksinə, imanında möhkəm durub Allahı izzətləndirdi.
Romalilara 4:20
Allaha imanınız olsun. Sizə doğrusunu deyirəm: kim bu dağa “Qalx, dənizə atıl!” deyərsə və ürəyində şübhə etmədən dediyinin olacağına inanarsa, onun üçün ediləcək. Buna görə sizə deyirəm: dua edib hər nə diləsəniz, inanın ki, artıq almısınız və istədiyiniz sizin üçün ediləcək.
Mark 11:22–24
Bacarırsansa nə sözdür? İman edən üçün hər şey mümkündür!
Mark 9:23
Rəbbin ona dediyi sözlərin yerinə yetəcəyinə inanan qadın nə bəxtiyardır!.
Luka 1:45
İmanımızı artır!
Luka 17:5
Ey övladlar, Onda qalın ki, O zahir olanda cəsarətimiz olsun, Onun zühuru zamanı önündə utanmayaq.
1 Yəhya 2:28
Çünki şübhə edən adam küləyin qaldırdığı və hərəkətə gətirdiyi dəniz dalğasına bənzəyir. Qoy belə adam düşünməsin ki, Rəbdən bir şey alacaq. O qərarsızdır, heç bir yolunda sabit deyil.
Yaqub 1:6–8
Heyrətlənirəm ki, Məsihin lütfü ilə sizi çağıran Allahı belə tezliklə tərk edib başqa bir müjdəyə tərəf dönürsünüz. Əslində başqa müjdə yoxdur. ... Amma istər biz, istərsə göydən gələn bir mələk belə, bizim sizə yaydığımız Müjdəyə zidd bir şeyi müjdə kimi yaysa, ona lənət olsun!
Qalati̇yalilara 1:6–8
Ey Qanun vasitəsilə saleh sayılmaq istəyənlər, siz Məsihdən ayrıldınız, Allahın lütfündən uzaq düşdünüz. ... Yaxşı irəliləyirdiniz.
Qalati̇yalilara 5:4–7
Mən də sizdə qalım. Budaq meynədə qalmasa, özündən bəhrə vermədiyi kimi siz də Məndə qalmasanız, bəhrə verə bilməzsiniz. Əgər Məndə qalsanız və sözlərim sizdə qalsa, nə istəyirsinizsə, diləyin, sizə veriləcək.
Yəhya 15:4, 7
Çünki Allahın bütün vədləri İsa Məsihdə «bəli»dir. Buna görə Allahın izzəti üçün Məsih vasitəsilə «Amin» deyirik.
2 Kori̇nfli̇lərə 1:20
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax29 may 2024
Levi̇li̇lər 17:11 · Yəhya 1:29
28 may 2024
Fi̇li̇pi̇li̇lərə 3:20 · Ti̇tə 2:11–14
27 may 2024
Nahum 1:7 · Yeremya 33:11
26 may 2024
İbrani̇lərə 13:20 · 1 Peter 5:4
25 may 2024
Zəbur 31:19 · Yeşaya 64:4
24 may 2024
Efesli̇lərə 4:30 · Romalilara 15:30
