Rəbb o gecə onları Misirdən qurtarmaq üçün ayıq saxladı. İsrail xalqı bütün nəsillər boyu o gecə Misirlilərin əlindən qurtarmağın xatirəsi kimi Rəbb üçün ayıq qalmalı idilər.
ÇIXIŞ 12:42
Gündəlik İşıq

Rəbb o gecə onları Misirdən qurtarmaq üçün ayıq saxladı. İsrail xalqı bütün nəsillər boyu o gecə Misirlilərin əlindən qurtarmağın xatirəsi kimi Rəbb üçün ayıq qalmalı idilər.
ÇIXIŞ 12:42
Çünki sizə çatdırdığım bu xəbəri Rəbbin Özündən qəbul etmişəm: Rəbb İsa Ona xəyanət edildiyi gecə əlinə çörək götürdü, şükür edib onu böldü və dedi: «Bu Mənim sizin üçün verilən bədənimdir. Bunu Məni xatırlamaq üçün edin». Eləcə də axşam yeməyindən sonra kasanı götürüb dedi: «Bu kasa Mənim qanımla bağladığım Yeni Əhddir. Bunu hər dəfə içəndə Məni xatırlamaq üçün edin».
1 KORİNFLİLƏRƏ 11:23-25
İsa Özü isə onlardan bir daş atımı qədər uzaqlaşdı və diz çöküb dua etdi.
LUKA 22:41
İsa dəhşətli iztirab içində daha səylə dua edirdi. Onun təri yerə düşən qan damlalarına bənzəyirdi.
LUKA 22:44
Pasxaya hazırlıq günü idi. Altıncı saat radələri idi. Pilat Yəhudilərə «Padşahınız budur!» dedi.
YƏHYA 19:14
Onda Pilat İsanı çarmıxa çəkilmək üçün onlara təslim etdi. Əsgərlər İsanı götürüb apardılar. İsa çarmıxını Özü daşıyaraq ibranicə Qolqota, yəni «Kəllə yeri» adlanan yerə çıxdı. Orada Onu və başqa iki nəfəri çarmıxa çəkdilər: biri İsanın sağında, o biri isə solunda idi, İsa da ortada idi.
YƏHYA 19:16-18
Əslində mayasız olduğunuz kimi köhnə mayadan təmizlənin ki, təzə xəmir olasınız. Çünki bizim Pasxa quzumuz olan Məsih qurban verildi. Buna görə köhnə maya ilə, kin və pislik mayası ilə yox, amma səmimiyyətin və həqiqətin mayasız çörəyi ilə bayram edək.
1 KORİNFLİLƏRƏ 5:7-8
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
25 iyn 2024
1 John 3:2
24 iyn 2024
Numbers 10:33
23 iyn 2024
John 14:16-17
22 iyn 2024
Colossians 3:3
21 iyn 2024
1 Peter 2:21
20 iyn 2024
Exodus 2:9
19 iyn 2024
Hebrews 12:14
Allahın Krallığı
Allahın krallığının ruhani təbiətini, onun tarixi kontekstini və xristianların təbəə kimi necə yaşamalı…
Qurtuluş
Allahın Quzusunun bütün ehtiyaclar üçün kifayət edən dərin təsirini araşdırın. Quzunun tək bir oğlandan…

Valideynlik
Xristian valideynlərin uşaqlarına nisbiliklə mübarizə apararaq Müqəddəs Kitab dəyərlərini necə effektiv…
Universalizm
Hər kəsin xilas olacağına inanan universalizm yalan təlimdir. Müqəddəs Kitab cəhənnəmi sonsuz əzab və…
Şagirdlik
Məsih üçün bütün qəlbdən yaşamağın, dünyəvi dolaşıqlıqlardan azad olmağın nə demək olduğunu kəşf edin…
Üsyan
Günaha qayıtmayın. İsrailin səhra səyahəti itaətsizliyin və imansızlığın yüksək qiymətini göstərir. Həqiqi…