İsa dönüb ardınca gəldiklərini görərək onlara «Sizə nə lazımdır?» dedi. Onlar İsaya dedi: «Rabbi, Sən harada qalırsan?» «Rabbi» «Müəllim» deməkdir. İsa onlara dedi: «Mənimlə gəlin, görərsiniz». Onlar gedib İsanın harada qaldığını gördülər və həmin gün Onunla qaldılar. Onuncu saat radələri idi.
YƏHYA 1:38-39
Atamın evində çoxlu məskən var. Əgər olmasaydı, sizə deyərdim ki, sizin üçün yer hazırlamağa gedirəm? Gedib sizin üçün yer hazırlayandan sonra yenə gəlib sizi Öz yanıma götürəcəyəm ki, Mənim olduğum yerdə siz də olasınız.
YƏHYA 14:2-3
Qalib gələnə Mənimlə birgə Öz taxtımda oturmağa imkan verəcəyəm; Mən də eləcə qalib gəlib Atamla birgə Onun taxtında oturmuşam.
VƏHY 3:21
Uca və əzəmətli,
Əbədi yaşayan, adı müqəddəs Olan
Belə deyir:
«Mən yüksək və müqəddəs yerdə yaşadığım halda
Ruhu əzilənlərlə, özünü aşağı tutanlarla birlikdəyəm ki,
Özünü aşağı tutanların ruhunu dirildim,
Əzilmişlərin ürəyini dirçəldim.
YEŞAYA 57:15
Bax qapının önündə durub onu döyürəm; kim səsimi eşidib qapını açsa, onun yanına gələcəyəm və Mən onunla, o da Mənimlə birgə şam edəcəyik.
VƏHY 3:20
sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm».
MATTA 28:20
Ey Allah, məhəbbətin nə qədər qiymətlidir!
Bəşər övladları Sənin qanadlarının kölgəsinə sığınır.
ZƏBUR 36:7