17 iyn 2024
Gündəlik İşıq, 18 iyun: Kəffarə qapağını sandığın üstünə qoy
Gündəlik İşıq
Kəffarə qapağını sandığın üstünə qoy ... Orada kəffarə qapağının üzərində.
Çixiş 25:21–22
Çadırın ilk bölməsi durduqca Ən Müqəddəs yerə gedən yol hələ aşkar olmamışdır.
İbrani̇lərə 9:8
İsa yenə uca səslə qışqırıb ruhunu tapşırdı. O anda məbədin pərdəsi yuxarıdan aşağıya qədər iki yerə parçalandı.
Matta 27:50–51
Beləliklə, ey qardaşlar, İsanın qanı sayəsində Ən Müqəddəs yerə daxil olmağa cəsarətimiz çatır. O bizə pərdədən, yəni Öz cismindən keçən yeni və canlı bir yol açmışdır. Ona görə ürəklərimiz pis vicdandan paklanmış, bədənlərimiz də təmiz su ilə yuyulmuş halda imanın tam etimadı ilə, səmimi qəlblə Allaha yaxınlaşaq.
İbrani̇lərə 10:19–20, 22
Buna görə də lütfkar Allahın taxtına cəsarətlə yaxınlaşaq ki, vaxtında köməyə nail olmaq üçün mərhəmət alıb lütf tapaq.
İbrani̇lərə 4:16
Və Onun lütfü ilə də Məsih İsada satın alınmağa nail olaraq bir hədiyyə kimi saleh sayılır. Allah İsanı kəffarə qurbanı olaraq təqdim etdi ki, iman edənlərin günahları Onun qanı vasitəsilə bağışlansın. Bunu Öz salehliyini göstərmək üçün etdi. Çünki səbirli olub qabaqca edilən günahları cəzasız qoymuşdu.
Romalilara 3:24–25
Çünki hər iki tərəfdən olan bizlər Onun vasitəsilə bir Ruhda Atanın hüzuruna çıxa bilərik.
Efesli̇lərə 2:18
Bir xardal toxumu qədər imanınız olarsa və siz bu dağa “buradan oraya köç” desəniz.
Matta 17:20
Baraq Devoraya dedi: «Əgər sən mənimlə bərabər getsən, mən də gedəcəyəm, yox, əgər mənimlə bir getməsən, mən də getməyəcəyəm». Beləcə o gün Allah Kənan padşahı Yavini İsrail övladlarına tabe etdi.
Haki̇mlər 4:8, 23
Lakin atasının ev xalqından və şəhər sakinlərindən qorxduğu üçün işi gündüz deyil, gecə etdi. Gideon Allaha dedi: «Söz verdiyin kimi İsraili mənim əlimlə qurtaracaqsansa, Sonra Gideon Allaha dedi: «Qoy mənə qarşı qəzəbin alovlanmasın, yenə bir ricam var. Bu yunla bir də bu işi sınamaq istəyirəm ... Allah o gecə belə də etdi.
Haki̇mlər 6:27, 36, 39–40
Gücün az olduğu halda Mənim sözümə riayət etmisən və Mənim adımdan imtina etməmisən.
Vəhy 3:8
Bu günü kim əhəmiyyətsiz hesab edə bilər?
Zəkəri̇yyə 4:10
Qardaşlar, sizin üçün həmişə Allaha şükür etməliyik və belə etməyimiz yerinə düşər.
2 Saloni̇kli̇lərə 1:3
İmanımızı artır!
Luka 17:5
Mən İsrailə bir şeh olacağam, O, zanbaq kimi çiçək açacaq, Livan sidri kimi kök atacaq. Qollu-budaqlı olacaq, Zeytun ağacı kimi gözəl olacaq, Livan sidri kimi ətir saçacaq.
Huşə 14:5–6
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax16 iyn 2024
Efesli̇lərə 5:15–16 · Yeşua 22:5
15 iyn 2024
Qanunun Təkrari 29:29 · Zəbur 131:1–2
14 iyn 2024
Fi̇li̇pi̇li̇lərə 3:10 · 1 Peter 4:13
13 iyn 2024
Yəhya 15:4 · Qalati̇yalilara 2:20
12 iyn 2024
Saylar 31:23 · Qanunun Təkrari 13:3
11 iyn 2024
Luka 15:20 · Zəbur 103:8–13
