13 iyn 2024
Gündəlik İşıq, 14 iyun: Əgər Onunla öldüksə, Onunla da yaşayacağıq
Gündəlik İşıq
Çünki Məsihin əzablarını necə böyük həcmdə çəkiriksə, Məsih vasitəsilə o cür böyük təsəlli də tapırıq.
2 Kori̇nfli̇lərə 1:5
Əzablarına şərikliyi də dərk edim və Onun ölümündə Ona bənzəyim ki.
Fi̇li̇pi̇li̇lərə 3:10
Əksinə, Məsihin əzablarına nə qədər şərik olursunuzsa, o qədər sevinin ki, Onun izzətli zühurunda hədsiz sevinəsiniz.
1 Peter 4:13
Əgər Onunla öldüksə, Onunla da yaşayacağıq.
2 Ti̇moteyə 2:11
Əgər Onun övladlarıyıqsa, deməli, həm də varisləriyik. Əgər Məsihin izzətinə şərik olmaq üçün Onun çəkdiyi əzablara şərik oluruqsa, Allahın varisləri və Məsihin irs şəriki oluruq.
Romalilara 8:17
Eləcə də Allah vədin varislərinə iradəsinin dəyişməzliyini daha açıq-aşkar etmək istəyərək Öz vədini andla təsdiqlədi. Belə ki qarşımıza qoyulan ümidə bağlanmaq üçün Allaha sığınan bizlər Allahın bunlarda yalan danışması qeyri-mümkün olduğuna görə iki dəyişilməz şeydə – Onun vəd və andında böyük təsəlliyə malik olaq.
İbrani̇lərə 6:17–18
Rəbbimiz İsa Məsihin Özü və bizi sevib lütfü ilə əbədi cəsarət və xeyirli ümid verən Atamız Allah sizi ürəkləndirsin, hər yaxşı söz və əməldə möhkəmləndirsin.
2 Saloni̇kli̇lərə 2:16–17
Marta, Marta, sən çox şeyin qayğısını çəkib təlaşa düşürsən.
Luka 10:41
Qarğalara baxın: onlar nə əkir, nə də biçir ... Zanbaqların necə böyüdüyünə baxın: onlar nə zəhmət çəkir, nə də ip əyirir. ... “Nə yeyəcəyik?”, “Nə içəcəyik?” deyə axtarıb narahat olmayın. ... Doğrudan da, Atanız bunlara ehtiyacınız olduğunu bilir.
Luka 12:24, 27, 29–30
Yeməyimiz və paltarımız varsa, bunlarla kifayətlənirik. Zəngin olmaq istəyənlərsə sınağa və tora düşərlər; insanı məhvə və həlaka aparan bir çox axmaq və ziyanverici ehtiraslara batırlar. Çünki hər cür pisliyin kökü pulpərəstlikdir. Kimlərsə bu həvəslə imandan azıb öz-özlərinə sanki bıçaq soxmuş kimi çox əzab verdilər.
1 Ti̇moteyə 6:8–10
Lakin bu dövrün qayğıları, var-dövlətin aldadıcılığı və başqa şeylərə olan ehtiraslar araya girib kəlamı boğur və kəlam barsız olur.
Mark 4:19
Buna görə bu qədər böyük şahidlər buludu ilə əhatə olunduğumuz üçün biz hər bir yükü və bizi asanlıqla çaşdıran günahı tərk edib qarşımızdakı yarışda dözümlə qaçaq.
İbrani̇lərə 12:1
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax12 iyn 2024
Saylar 31:23 · Qanunun Təkrari 13:3
11 iyn 2024
Luka 15:20 · Zəbur 103:8–13
10 iyn 2024
Luka 15:13 · 1 Kori̇nfli̇lərə 6:11
9 iyn 2024
Yəhya 7:46 · Zəbur 45:2
8 iyn 2024
Yaradiliş 39:3 · Zəbur 128:1–2
7 iyn 2024
Luka 18:1 · Luka 11:5–8
