21 iyn 2024
Gündəlik İşıq, 22 iyun: Məsihlə birlikdə çarmıxa çəkildim
Gündəlik İşıq
Çünki siz ölmüsünüz və həyatınız Məsihlə birlikdə Allahda saxlanılıb.
Kolosseli̇lərə 3:3
İndi ki biz günaha münasibətdə ölmüşük, artıq günah içində necə yaşaya bilərik?
Romalilara 6:2
Məsihlə birlikdə çarmıxa çəkildim. Artıq mən yaşamıram, Məsih məndə yaşayır. İndi cismən yaşadığım həyata gəlincə məni sevib uğrumda Özünü fəda edən Allahın Oğluna olan imanla yaşayıram.
Qalati̇yalilara 2:20
O hər kəs uğrunda öldü ki, qoy yaşayanlar artıq özləri üçün deyil, onlar uğrunda Ölüb-Dirilən üçün yaşasınlar.
2 Kori̇nfli̇lərə 5:15
Kim Məsihdədirsə, yeni yaradılışdır, köhnə şeylər keçib-getdi, təzə şeylər gəldi.
2 Kori̇nfli̇lərə 5:17
Biz də Haqq Olanda, Onun Oğlu İsa Məsihdəyik.
1 Yəhya 5:20
Ey Ata, Sən Məndə, Mən də Səndə olduğum kimi onlar da Bizdə olsun ki, dünya Sənin Məni göndərdiyinə inansın.
Yəhya 17:21
Siz də Məsihin bədənisiniz, ayrı-ayrılıqda isə bu bədənin üzvlərisiniz.
1 Kori̇nfli̇lərə 12:27
Mən yaşadığım üçün siz də yaşayacaqsınız.
Yəhya 14:19
Qalib gələnə Mən gizli saxlanan mannadan verəcəyəm. Ona bir ağ daş da verəcəyəm ki, üstündə yeni ad yazılıb; bu adı da daşı alandan başqa heç kəs bilmir.
Vəhy 2:17
Onda Yəhudilər «Bax onu necə də sevirmiş!» söylədilər.
Yəhya 11:36
O hər kəs uğrunda öldü ki, qoy yaşayanlar artıq özləri üçün deyil, onlar uğrunda Ölüb-Dirilən üçün yaşasınlar.
2 Kori̇nfli̇lərə 5:15
Heç kəsin məhəbbəti dostları uğrunda canını qurban verən adamın məhəbbətindən üstün ola bilməz.
Yəhya 15:13
Çünki O onlar üçün vəsatətçilik etməkdən ötrü həmişə yaşayır.
İbrani̇lərə 7:25
Sizin üçün yer hazırlamağa gedirəm?
Yəhya 14:2
Gedib sizin üçün yer hazırlayandan sonra yenə gəlib sizi Öz yanıma götürəcəyəm ki, Mənim olduğum yerdə siz də olasınız.
Yəhya 14:3
Ey Ata, istəyirəm ki, Mənə verdiyin şəxslər də Mənim olduğum yerdə Mənimlə birlikdə olub Mənim izzətimi görsünlər.
Yəhya 17:24
Dünyada Özünə məxsus olanları həmişə sevmişdi və axıra qədər də sevdi.
Yəhya 13:1
Biz sevirik, çünki öncə O bizi sevdi.
1 Yəhya 4:19
Bizi məcbur edən Məsihin məhəbbətidir və bu qənaətə gəlmişik ki, bir Nəfər hamı üçün öldüyünə görə hamı öldü. Bəli, O hər kəs uğrunda öldü ki, qoy yaşayanlar artıq özləri üçün deyil, onlar uğrunda Ölüb-Dirilən üçün yaşasınlar.
2 Kori̇nfli̇lərə 5:14–15
Əgər əmrlərimə riayət etsəniz, Mənim məhəbbətimdə qalacaqsınız, necə ki Mən Atamın əmrlərinə riayət edərək Onun məhəbbətində qalıram.
Yəhya 15:10
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax20 iyn 2024
Çixiş 2:9 · Matta 20:4
19 iyn 2024
İbrani̇lərə 12:14 · Yəhya 3:3
18 iyn 2024
Çixiş 25:21–22 · İbrani̇lərə 9:8
17 iyn 2024
Fi̇li̇pi̇li̇lərə 4:6 · Zəbur 116:1–2
16 iyn 2024
Efesli̇lərə 5:15–16 · Yeşua 22:5
15 iyn 2024
Qanunun Təkrari 29:29 · Zəbur 131:1–2
