Ya Rəbb, yollarını mənə göstər, Öz yollarını mənə öyrət.
ZƏBUR 25:4
Gündəlik İşıq

Ya Rəbb, yollarını mənə göstər, Öz yollarını mənə öyrət.
ZƏBUR 25:4
Musa Rəbbə dedi: «Bax Sən mənə “bu xalqı çıxart” deyirsən, amma mənimlə birgə kimi göndərəcəyini mənə bildirmirsən. Halbuki Sən dedin: “Səni adınla tanıyıram və gözümdə lütf tapmısan”. Əgər mən, doğrudan da, Sənin gözündə lütf tapmışamsa, yalvarıram, öz yolunu mənə agah elə ki, Səni tanıyım və gözündə lütf tapım. Bax bu camaat sənin xalqındır». O isə Musaya cavab verdi: «Mənim hüzurum səninlə gedəcək. Özüm sənə rahatlıq verəcəyəm».
ÇIXIŞ 33:12-14
Yollarını Musaya, Əməllərini İsrail övladlarına göstərib.
ZƏBUR 103:7
İtaətkarları ədalət yolu ilə aparır, Öz yolunu onlara öyrədir.
ZƏBUR 25:9
Rəbdən qorxan kimdir? Rəbb ona yol seçməyi öyrədir.
ZƏBUR 25:12
Mən yatıram, yuxuya gedirəm, Yenə oyanıram, çünki Rəbb mənə kömək edir. Hər yandan məni mühasirəyə alan On minlərlə xalqdan qorxmuram.
ZƏBUR 3:5-6
Mənə həyat yolunu öyrədirsən, Doyunca sevinc Sənin hüzurundadır, Sağ əlində hər zaman səadət var».
ZƏBUR 16:11
Dedin: «Sənə təlim verəcəyəm, Gedəcəyin yolu öyrədəcəyəm. Nəsihət verəcəyəm, Gözüm sənin üstündə olacaq.
ZƏBUR 32:8
Salehlərin yolu isə dan yeri tək şəfəq saçar, Nurunu artıraraq gündüzə qovuşar.
SÜLEYMANIN MƏSƏLLƏRİ 4:18
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
29 sen 2024
1 John 3:16
28 sen 2024
Numbers 6:27
27 sen 2024
1 Peter 5:6
26 sen 2024
Deuteronomy 32:4
25 sen 2024
James 1:4
24 sen 2024
Psalms 73:28
23 sen 2024
Ezra 9:9

Namaz
Bulud dörd əsas insan ehtiyacı üçün dua etdi: ruhani anlayış, layiqli həyat, dözümlülük və minnətdar ruh.
Ruhani İnkişaf
Həyat dəyişikliklərlə doludur, stress və qorxu yaradır. Dəyişməz olan Allahın bu şəraitdən möminləri…
Ailə
Ailə ünsiyyətini yaxşılaşdırmaq və münasibətləri sağaltmaq üçün on iki praktiki addımı kəşf edin. Xristian…
İsrail
İsrail və Kilsə arasındakı Müqəddəs Kitab fərqini araşdırın. İsrail üçün Əhdi-Ətiq peyğəmbərlikləri həqiqətən…

Namaz
Bulud dörd əsas insan ehtiyacı üçün dua etdi: ruhani anlayış, layiqli həyat, dözümlülük və minnətdar ruh.

Ruhani İnkişaf
Həyat dəyişikliklərlə doludur, stress və qorxu yaradır. Dəyişməz olan Allahın bu şəraitdən möminləri…

Ailə
Ailə ünsiyyətini yaxşılaşdırmaq və münasibətləri sağaltmaq üçün on iki praktiki addımı kəşf edin. Xristian…
İsa Məsih
İsanın ruhunun ölümündən sonra və dirilməsindən əvvəl hara getdiyini kəşf edin. Müqəddəs Kitab göstərir ki…
Allahın rəhbərliyi
İsa Məsih bizim səhvsiz bələdçimizdir, bizi həyatın təhlükələrindən təhlükəsiz şəkildə müqəddəsliyə…