25 sen 2024
Gündəlik İşıq, 26 sentyabr: Heç zaman haqsızlıq etməz
Gündəlik İşıq
Heç zaman haqsızlıq etməz, Adil və doğru olan Odur.
Qanunun Təkrari 32:4
ədalətli Hakimə Özünü təslim etdi.
1 Peter 2:23
Çünki hər birimiz bu bədəndə olanda etdiyimiz əməllər pis də olsa, yaxşı da olsa, onların əvəzini almaq üçün Məsihin hökm kürsüsü önünə çıxmalıyıq.
2 Kori̇nfli̇lərə 5:10
Beləcə hər birimiz özü üçün Allaha hesabat verəcək.
Romalilara 14:12
Yalnız günah işlədən adam öləcək.
Yezekel 18:4
Oyan, ey qılınc, Çobanımın, yaxınımın üstünə get» Bəyan edir Ordular Rəbbi. «Çobanı vur.
Zəkəri̇yyə 13:7
Rəbb hamımızın şər əməllərinin yükünü onun üzərinə qoydu.
Yeşaya 53:6
Məhəbbətlə həqiqət bir-birinə qovuşacaq, Salehliklə əmin-amanlıq bir-biri ilə öpüşəcək.
Zəbur 85:10
Mərhəmət mühakiməyə qalib gəlir.
Yaqub 2:13
Çünki günahın əvəzi ölümdür, Allahın ənamı isə Rəbbimiz Məsih İsada olan əbədi həyatdır.
Romalilara 6:23
Ədalətli Allah və Qurtarıcı yoxdur. Məndən başqası yoxdur.
Yeşaya 45:21
Beləcə Özü ədalətli olsun, İsaya olan imana əsaslananı da saleh saysın.
Romalilara 3:26
Və Onun lütfü ilə də Məsih İsada satın alınmağa nail olaraq bir hədiyyə kimi saleh sayılır.
Romalilara 3:24
Deyə yazılmış söz yerinə yetəcək.
1 Kori̇nfli̇lərə 15:54
Rəbbimiz İsa Məsih vasitəsilə bizə qələbə bəxş edən Allaha şükür olsun!
1 Kori̇nfli̇lərə 15:57
Bu səbəbdən bu övladlar tərkibcə qan və ətdən yarandıqlarına görə İsa Özü də onların insan təbiətinə şərik oldu ki, ölüm üzərində hakimiyyət sahibi olanı, yəni iblisi Öz ölümü vasitəsilə təsirsiz hala gətirsin və ölüm qorxusuna görə ömürləri boyu əsarətdə olanların hamısını azad etsin.
İbrani̇lərə 2:14–15
Əgər Məsihlə ölmüşüksə, Onunla yaşayacağımıza da inanırıq. Çünki bilirik ki, Məsih ölülər arasından dirildiyinə görə bir daha ölməyəcək və ölüm Ona artıq hökmranlıq etməz. Onun ölümü günahın müqabilində ilk və son ölüm oldu, yaşadığı həyatı isə Allah üçün yaşayır. Beləcə siz də özünüzü Məsih İsada olaraq günaha münasibətdə ölü, Allaha münasibətdə isə diri sayın.
Romalilara 6:8–11
Lakin bizi Sevənin vasitəsilə bütün bunlarda tam qələbə qazanırıq.
Romalilara 8:37
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax24 sen 2024
Zəbur 73:28 · Zəbur 26:8
23 sen 2024
Ezra 9:9 · 1 Peter 4:12
22 sen 2024
Zəbur 104:34 · Nəğmələr Nəğməsi̇ 2:3
21 sen 2024
Romalilara 8:28 · Zəbur 76:10
20 sen 2024
Süleymanin Məsəlləri̇ 3:13 · Süleymanin Məsəlləri̇ 8:35
19 sen 2024
1 Peter 5:10 · Çixiş 33:19
