Davud Filiştlilərlə birgə müharibə etmək üçün Şaulun üstünə gələndə Menaşşelilərdən də bəzisi Davudun tərəfinə keçdi, ancaq Filiştlilərə kömək etmədilər. Çünki Filiştlilərin ağaları məsləhətləşib «Davud bizim başımızı verib ağası Şaulla barışacaq» dedilər və onu geri göndərdilər.
BİRİNCİ SALNAMƏLƏR 12:19
Onlar quldur dəstəsinə qarşı döyüşdə Davuda kömək etdilər, çünki onların hamısı igid adamlar idi. Sonra onlar qoşun başçıları oldu.
BİRİNCİ SALNAMƏLƏR 12:21
Lakin Ruh hər kəsə xeyri üçün aşkar olunur.
1 KORİNFLİLƏRƏ 12:7
İssakarlılardan dövrün vəziyyətinə görə İsrailə nə etmək lazım gəldiyini bilən adamlar – iki yüz nəfər başçı və onların əmri altında olan bütün qohumları;
BİRİNCİ SALNAMƏLƏR 12:32
Birinə Ruh vasitəsilə hikmət sözü, başqasına isə eyni Ruhla bilik sözü verilir.
1 KORİNFLİLƏRƏ 12:8
Zevulunlulardan döyüşməyi bacaran, bütün silahlarla döyüş nizamını qura bilən və sidq ürəkdən kömək edən əlli min nəfər;
BİRİNCİ SALNAMƏLƏR 12:33
O qərarsızdır, heç bir yolunda sabit deyil.
YAQUB 1:8
bədəndə ayrı-seçkilik olmasın, əksinə, bütün üzvlər bir-birinə eyni qayğı göstərsin. Buna görə əgər bir üzv əzab çəkirsə, başqaları da onunla birgə əzab çəkir. Üzvlərdən biri şərəfə çatırsa, başqaları da onunla birgə sevinir.
1 KORİNFLİLƏRƏ 12:25-26
Rəbb bir, iman bir, vəftiz bir,
EFESLİLƏRƏ 4:5