Ey padşah, Aravna bunların hamısını sənə verir». Aravna padşaha yenə dedi: «Qoy Allahın Rəbb səndən razı olsun».
İKİNCİ ŞAMUEL 24:23
Gündəlik İşıq

Ey padşah, Aravna bunların hamısını sənə verir». Aravna padşaha yenə dedi: «Qoy Allahın Rəbb səndən razı olsun».
İKİNCİ ŞAMUEL 24:23
Rəbbin hüzuruna nə ilə gedim? Uca Allaha necə səcdə edim? Önünə yandırma qurbanları ilə – Birillik danalarla çıxımmı? Minlərlə qoç qurbanı, Zeytun yağının on minlərlə seli Rəbbin xoşuna gələrmi? Üsyankarlığıma görə ilk oğlumu, Günahım üçün öz övladımı verimmi? Ey insan, Allah sənə yaxşı olanı bildirdi; Ədalət yaratmaqdan, məhəbbət göstərməyi sevməkdən, İtaətkarcasına Allahınla bir yol getməkdən başqa Rəbb səndən nə istəyir ki?
MİKEYA 6:6-8
Hamımız elə bil ki murdarlandıq, Bütün saleh əməllərimiz murdar əskiyə bənzəyir. Hamımız yarpaq kimi soluruq, Şər əməllərimiz bizi külək tək sovurub-aparır.
YEŞAYA 64:6
Necə ki yazılıb: «Saleh olan yoxdur, Bir nəfər belə, yoxdur.
ROMALILARA 3:10
Çünki hamı günah edib, Allahın izzətindən məhrum olub və Onun lütfü ilə də Məsih İsada satın alınmağa nail olaraq bir hədiyyə kimi saleh sayılır. Allah İsanı kəffarə qurbanı olaraq təqdim etdi ki, iman edənlərin günahları Onun qanı vasitəsilə bağışlansın. Bunu Öz salehliyini göstərmək üçün etdi. Çünki səbirli olub qabaqca edilən günahları cəzasız qoymuşdu. Bunu etdi ki, indiki zamanda salehliyini zahir etsin; beləcə Özü ədalətli olsun, İsaya olan imana əsaslananı da saleh saysın.
ROMALILARA 3:23-26
Belə ki sevimli Oğlunda bizə bəxş etdiyi Öz lütfünün izzətini mədh edək.
EFESLİLƏRƏ 1:6
Siz də Onda tamamlanmısınız. O hər başçının və hakimin Başıdır.
KOLOSSELİLƏRƏ 2:10
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
19 okt 2024
Proverbs 3:26
18 okt 2024
John 19:34
17 okt 2024
Psalms 89:16
16 okt 2024
Romans 12:11
15 okt 2024
Psalms 59:9
14 okt 2024
Romans 14:9
13 okt 2024
Daniel 10:12

Ruhani dəyişiklik
Sözlər güclüdür, millətlərə, cəmiyyətlərə və fərdlərə yaxşılıq və ya pislik üçün təsir edir. Ürəyimiz…
İsa Məsih
İsa Məsih haqqında həqiqi həqiqəti araşdırın: Onun möcüzəvi doğulmasından və qədim peyğəmbərliklərdən tutmuş…
Namaz
Uşaqlarınızın ruhani səyahətinə rəhbərlik etmək üçün 31 günlük dua nöqtələrini kəşf edin. Onların qurtuluşu…
Əzab
Xristianların niyə əzab çəkdiyini, ilk günahdan ilahi islahata qədər kəşf edin. Eyub və Pavlusdan öyrənin ki…
Yaradılış
Allahın Öz yaradılışı vasitəsilə izzətini, qüdrətini və hikmətini necə aşkar etdiyini anlamaq üçün Zəbur 19…

Ruhani dəyişiklik
Sözlər güclüdür, millətlərə, cəmiyyətlərə və fərdlərə yaxşılıq və ya pislik üçün təsir edir. Ürəyimiz…

İsa Məsih
İsa Məsih haqqında həqiqi həqiqəti araşdırın: Onun möcüzəvi doğulmasından və qədim peyğəmbərliklərdən tutmuş…

Namaz
Uşaqlarınızın ruhani səyahətinə rəhbərlik etmək üçün 31 günlük dua nöqtələrini kəşf edin. Onların qurtuluşu…
Günah
Ürəyin və günahın onun ruhani xəstəliyi kimi Müqəddəs Kitab mənasını araşdırın. Allahın baxış bucağını…

Əzab
Xristianların niyə əzab çəkdiyini, ilk günahdan ilahi islahata qədər kəşf edin. Eyub və Pavlusdan öyrənin ki…