17 okt 2024
Gündəlik İşıq, 18 oktyabr: Çünki hər məxluqa həyat verən qandır
Gündəlik İşıq
Amma əsgərlərdən biri Onun böyrünü nizə ilə deşdi, o anda oradan qan və su axdı.
Yəhya 19:34
Budur bütün bu sözlərə görə Rəbbin sizinlə kəsdiyi əhdin qanı.
Çixiş 24:8
Çünki hər məxluqa həyat verən qandır. Mən onu həyatınızın kəffarəsi üçün qurbangahda təqdim olunmağa təyin etmişəm.
Levi̇li̇lər 17:11
Çünki buğaların və təkələrin qanı ilə günahları aradan qaldırmaq qeyri-mümkündür.
İbrani̇lərə 10:4
İsa onlara dedi: «Bu, Əhdin bağlanması üçün çoxları uğrunda axıdılan Mənim qanımdır.
Mark 14:24
Öz qanı ilə Ən Müqəddəs yerə birdəfəlik daxil oldu; əbədi satınalınmanı təmin etdi.
İbrani̇lərə 9:12
Çarmıxda axıdılan qanı ilə barışıq yaradaraq həm yerdə.
Kolosseli̇lərə 1:20
Bildiyiniz kimi, siz ata-babalarınızdan irs olaraq aldığınız puç həyat tərzindən qızıl ya gümüş kimi fani şeylərlə deyil, qüsursuz və ləkəsiz quzuya bənzəyən Məsihin qiymətli qanı bahasına satın alınmısınız. Dünya yaranmazdan əvvəl tanınmış Məsih bu axır zamanda sizə görə zühur etdi.
1 Peter 1:18–20
Üstünüzə təmiz su səpəcəyəm, pak olacaqsınız. Sizi bütün murdarlıqlarınızdan və bütlərinizdən təmizləyəcəyəm.
Yezekel 36:25
Ona görə ürəklərimiz pis vicdandan paklanmış, bədənlərimiz də təmiz su ilə yuyulmuş halda imanın tam etimadı ilə, səmimi qəlblə Allaha yaxınlaşaq.
İbrani̇lərə 10:22
Amin.”
Matta 6:13
Ağam padşahın Allahı Rəbb belə istəyir.
Bi̇ri̇nci̇ Padşahlar 1:36
Ölkədə kim xeyir-dua istəsə, Sadiq Allahdan diləyəcək. Ölkədə kim and içsə, Sadiq Allahın adı ilə and içəcək.
Yeşaya 65:16
Allah İbrahimə vəd verdiyi vaxt adına and içmək üçün Özündən üstün birinin olmadığına görə Öz varlığına and içərək dedi: İnsanlar özlərindən daha üstün olanın adına and içirlər və sözlərini təsdiq edən and hər iddiaya son qoyur. Eləcə də Allah vədin varislərinə iradəsinin dəyişməzliyini daha açıq-aşkar etmək istəyərək Öz vədini andla təsdiqlədi. Belə ki qarşımıza qoyulan ümidə bağlanmaq üçün Allaha sığınan bizlər Allahın bunlarda yalan danışması qeyri-mümkün olduğuna görə iki dəyişilməz şeydə – Onun vəd və andında böyük təsəlliyə malik olaq.
İbrani̇lərə 6:13, 16–18
Amin Olan, sadiq və etibarlı Şahid.
Vəhy 3:14
Çünki Allahın bütün vədləri İsa Məsihdə «bəli»dir. Buna görə Allahın izzəti üçün Məsih vasitəsilə «Amin» deyirik.
2 Kori̇nfli̇lərə 1:20
Alqış olsun Rəbb Allaha, İsrailin Allahına, Xariqələrin yeganə yaradanına! Onun şərəfli ad-sanına əbədi alqış olsun ... Amin! Amin!
Zəbur 72:18–19
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax16 okt 2024
Romalilara 12:11 · Vai̇z 9:10
15 okt 2024
Zəbur 59:9 · İki̇nci̇ Şamuel 22:2–3
14 okt 2024
Romalilara 14:9 · Yeşaya 53:10–11
13 okt 2024
Dani̇el 10:12 · Yeşaya 57:15
12 okt 2024
2 Kori̇nfli̇lərə 5:19 · Kolosseli̇lərə 1:19–20
11 okt 2024
Zəbur 22:11 · Zəbur 13:1–2
