10 okt 2024
Gündəlik İşıq, 11 oktyabr: Məndən uzaq durma (Zəbur 22:11)
Gündəlik İşıq
Məndən uzaq durma, çünki əzab yaxındır.
Zəbur 22:11
Ya Rəbb, nə vaxtadək, Yoxsa əbədilikmi məni unudacaqsan? Nə vaxtadək məndən üzünü gizlədəcəksən? Nə vaxtadək qəlbim qəmli olacaq? Könlümdə hər günmü qubar qalacaq?
Zəbur 13:1–2
Üzünü məndən gizlətmə, Qulunu qəzəblə qovma. Mənə Sən kömək etmisən, Məni atma, tərk etmə, Ey məni qurtaran Allahım!
Zəbur 27:9
Məni çağırarkən ona cavab verəcəyəm, Dar günündə ona yar olacağam, Onu xilas edib şərəfə-şana çatdıracağam.
Zəbur 91:15
Rəbb Onu çağıran bütün insanlara, Onu sidq ürəkdən çağıran bütün insanlara yaxındır. Ondan qorxanları murada çatdırar, Fəryadlarına qulaq asıb onları qurtarar.
Zəbur 145:18–19
Sizi yetim qoymaram, yanınıza gələcəyəm.
Yəhya 14:18
Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm.
Matta 28:20
Allah bizə sığınacaqdır, qüvvətdir, Dar gündə çox kömək edir.
Zəbur 46:1
Susan qəlbim yalnız Allahı gözləyir, Ondadır qurtuluşum.
Zəbur 62:1
Ey qəlbim, sükutla Allahı gözlə, Çünki ümidim Ondadır.
Zəbur 62:5
Adın müqəddəs tutulsun.
Matta 6:9
Başqa allahlara səcdə etməyin, çünki Rəbbin adı qısqancdır, O, həqiqətən, qısqanc Allahdır.
Çixiş 34:14
Ya Rəbb, allahlar arasında Sənin kimisi varmı? Müqəddəslikdə əzəmətli, zəhmli və alqışlara layiq, Möcüzələr yaradan Sənin kimisi varmı?
Çixiş 15:11
Var Olmuş, Var Olan və Gəlməli Olan Külli-İxtiyar Rəbb Allah.
Vəhy 4:8
Müqəddəslik zinəti ilə Rəbbə səcdə edin.
Bi̇ri̇nci̇ Salnamələr 16:29
O, uca və əzəmətli taxtda oturmuş və geyimlərinin ətəyi məbədin döşəməsini örtmüşdü. Onun ətrafında seraflar dayanmışdı ... Biri o birini səsləyib deyirdi: «Ordular Rəbbi müqəddəsdir, müqəddəsdir, müqəddəsdir! Bütün yer üzü Onun əzəməti ilə doludur». Mən dedim: Vay halıma, həlak oldum!
Yeşaya 6:1–3, 5
Qulaqlarıma sorağın çatmışdı, İndisə Səni gözlərimlə görürəm. Ona görə özümdən zəhləm gedir.
Əyyub 42:5–6
Onda bir-birimizlə şərikliyimiz var və Onun Oğlu İsanın qanı bizi hər günahdan təmizləyir.
1 Yəhya 1:7
Amma Allah Onun müqəddəsliyinə ortaq olaq deyə bizi xeyrimiz üçün tərbiyələndirir.
İbrani̇lərə 12:10
Beləliklə, ey qardaşlar, İsanın qanı sayəsində Ən Müqəddəs yerə daxil olmağa cəsarətimiz çatır. Ona görə ürəklərimiz pis vicdandan paklanmış.
İbrani̇lərə 10:19, 22
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax9 okt 2024
Nehemya 9:17 · 2 Peter 3:9
8 okt 2024
İbrani̇lərə 13:6 · Romalilara 8:35
7 okt 2024
Zəbur 25:9 · Matta 5:5
6 okt 2024
Vəhy 19:6 · Əyyub 42:2
5 okt 2024
Zəbur 50:15 · Zəbur 42:11
4 okt 2024
Çixiş 34:29 · Zəbur 115:1
