6 okt 2024
Gündəlik İşıq, 7 oktyabr: Öz yolunu onlara öyrədir
Gündəlik İşıq
Öz yolunu onlara öyrədir.
Zəbur 25:9
Nə bəxtiyardır həlimlər!
Matta 5:5
Səma altında daha bir şey də gördüm: Yarışı həmişə bərk qaçanlar udmur, Müharibədə həmişə igidlər qalib gəlmir. Çörək həmişə müdriklərə, Var-dövlət həmişə ağıllılara nəsib olmur, Hörmət alimlərə göstərilmir.
Vai̇z 9:11
İnsan ürəyində özü üçün yol qurar, Amma Rəbbin verdiyi istiqamətlə addımlar.
Süleymanin Məsəlləri̇ 16:9
Ey göylərdəki taxtında Oturan, Gözlərimi Sənə dikmişəm. Ağasının əlinə baxan qul kimi, Xanımının əlinə baxan kəniz tək Biz də Allahımız Rəbbə göz dikmişik.
Zəbur 123:1–2
Gedəcəyim yolu mənə öyrət, Çünki varlığımı Sənə verirəm.
Zəbur 143:8
Ey Allahımız, onlara hökm etməyəcəksənmi? Çünki üzərimizə gələn bu böyük qoşuna qarşı gücümüz yoxdur və biz nə edəcəyimizi bilmirik, ancaq gözlərimiz Sənin üzərindədir.
İki̇nci̇ Salnamələr 20:12
Əgər sizlərdən birinin müdrikliyi çatışmırsa, hər kəsə səxavətlə və məzəmmət etmədən verən Allahdan diləsin və ona veriləcək.
Yaqub 1:5
Lakin O – həqiqət Ruhu gələndə sizə hər həqiqətə yol göstərəcək.
Yəhya 16:13
Ya Xudavənd Rəbb ... Bu qulunun nəsli Sənin xeyir-duanla əbədilik xeyir-dua alsın!
İki̇nci̇ Şamuel 7:29
Ona xeyir-dua verdiyin üçün o əbədi olaraq xeyir-dua almışdır.
Bi̇ri̇nci̇ Salnamələr 17:27
Rəbbin xeyir-duası insana sərvət gətirər, Daha ona qüssə verməz.
Süleymanin Məsəlləri̇ 10:22
Gördüyüm hər işdə Rəbb İsanın “vermək almaqdan daha çox bəxtiyarlıq gətirər” sözünü yaddan çıxarmayıb belə əmək sərf edərək zəiflərə kömək etməyin vacibliyini sizə göstərdim.
Həvari̇ləri̇n İşləri̇ 20:35
Amma qonaqlıq verəndə yoxsulları, əlilləri, topalları, korları çağır. Onda onlar sənə əvəzini verə bilmədiyinə görə sən bəxtiyar olacaqsan. Çünki salehlər dirildiyi zaman sənə əvəz veriləcək.
Luka 14:13–14
Atamın xeyir-dua verdiyi adamlar! Gəlin, dünya yaranandan bəri sizin üçün hazırlanmış olan Padşahlığı irs alın. Çünki ac idim, Mənə yemək verdiniz; susamışdım, Mənə su verdiniz; qərib idim, Məni qəbul etdiniz; çılpaq idim, Məni geyindirdiniz; xəstə idim, qayğımı çəkdiniz; zindanda idim, yanıma gəldiniz.
Matta 25:34–36
Yoxsulların qayğısına qalan nə bəxtiyardır! Rəbb dar günündə onu qurtarar.
Zəbur 41:1
Axı Rəbb Allah günəşdir, sipərdir.
Zəbur 84:11
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax5 okt 2024
Zəbur 50:15 · Zəbur 42:11
4 okt 2024
Çixiş 34:29 · Zəbur 115:1
3 okt 2024
Vəhy 1:5 · Nəğmələr Nəğməsi̇ 8:7
2 okt 2024
Levi̇li̇lər 16:22 · Zəbur 103:12
1 okt 2024
Qalati̇yalilara 5:22–23 · 1 Kori̇nfli̇lərə 9:25–27
30 sen 2024
Əyyub 23:10 · Zəbur 103:14
