Padşahlığın gəlsin, Göydə olduğu kimi Yerdə də Sənin iradən olsun.
MATTA 6:10
Gündəlik İşıq

Padşahlığın gəlsin, Göydə olduğu kimi Yerdə də Sənin iradən olsun.
MATTA 6:10
O padşahların dövründə göylərin Allahı heç vaxt dağılmayan bir padşahlıq quracaq və bu padşahlıq başqa xalqın əlinə keçməyəcək. O bütün əvvəlki padşahlıqları əzib-dağıdacaq, özü isə əbədi qalacaq.
DANİEL 2:44
Sən baxdığın zaman əl dəymədən bir daş yerindən qoparıldı, heykəlin dəmir və gil ayaqlarından vurub onları parça-parça etdi.
DANİEL 2:34
O mənə cavab verdi: «Zerubbabilə Rəbbin sözü budur: “Güclə, qüdrətlə yox, yalnız Mənim Ruhumla iş görəcəksən” Deyir Ordular Rəbbi.
ZƏKƏRİYYƏ 4:6
Fariseylər İsadan «Allahın Padşahlığı nə zaman gələcək?» deyə soruşanda İsa onlara cavab verdi: «Allahın Padşahlığı müşahidə ilə gəlməz. Adamlar “bax, o buradadır” yaxud “oradadır” deməyəcəklər, çünki budur, Allahın Padşahlığı sizin daxilinizdədir».
LUKA 17:20-21
O onlara dedi: «Allahın Padşahlığının sirri sizə açılmışdır, amma kənarda olanlara hər şey məsəllərlə deyilir.
MARK 4:11
Sonra İsa dedi: «Allahın Padşahlığı torpağa toxum səpən əkinçiyə bənzəyir. O, gecə yatır, gündüz qalxır. Toxum cücərib boy atır, amma əkinçi bunun necə baş verdiyini bilmir.
MARK 4:26-27
Məhsul yetişəndə əkinçi dərhal oraq vurur, çünki biçin vaxtı gəlmişdir».
MARK 4:29
Buna görə siz də hazır olun, çünki Bəşər Oğlu gözləmədiyiniz vaxt gələcək.
MATTA 24:44
Ruh da, gəlin də deyir: «Gəl!» Qoy eşidən də desin: «Gəl!» Susayan qoy gəlsin, arzu edən həyat suyunu müftə götürsün.
VƏHY 22:17
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
11 okt 2024
Psalms 22:11
10 okt 2024
Ephesians 3:15
9 okt 2024
Nehemiah 9:17
8 okt 2024
Hebrews 13:6
7 okt 2024
Psalms 25:9
6 okt 2024
Revelation 19:6
5 okt 2024
Psalms 50:15

Namaz
Dua Allahla danışmaqdır, xristianlar üçün asan və təbii bir hərəkətdir. Onun əsas aspektlərini kəşf edin…
Qərar Qəbuletmə
Düzgün seçimlər etmək üçün Allahın hikməti lazımdır. Yeşuanın nümunəsindən öyrənin və qətiyyətli hərəkət üçün…

Namaz
Dua Allahla danışmaqdır, xristianlar üçün asan və təbii bir hərəkətdir. Onun əsas aspektlərini kəşf edin…
Məsih
Əhdi-Ətiq peyğəmbərliklərini araşdırın, İbrahimin nəslindən Beytlehemdə doğulmasına qədər Məsihi…
Kəffarə
Yom Kippurun iki keçisinin Müqəddəs Kitabdakı mənasını və kəffarədəki rolunu araşdırın. İsanın qurbanının bu…
Məsəllər
İsanın Matta 13-dəki Buğda və Alaq Otları məsəlini araşdırın. Onun mənasını, tarixi bütövlüyünü və bu gün…
Allahın Krallığı
Allahın krallığının ruhani təbiətini, onun tarixi kontekstini və xristianların təbəə kimi necə yaşamalı…