7 noy 2024
Gündəlik İşıq, 8 noyabr: Yeddinci gün döyüş başlandı
Gündəlik İşıq
Gündüzə aid olan bizlərsə iman və məhəbbətlə döşümüzə zireh taxaraq xilas ümidini dəbilqə kimi başımıza qoyub ayıq-sayıq olaq.
1 Saloni̇kli̇lərə 5:8
Buna görə ağlınızı toplayıb ayıq durun. Ümidinizi bütünlüklə İsa Məsihin zühurunda sizə veriləcək lütfə bağlayın.
1 Peter 1:13
Beləliklə, həqiqəti kəmər kimi belinizə bağlamış, salehliyi zireh kimi döşünüzə taxmış, barışıq Müjdəsini yaymaq hazırlığını ayaqlarınıza geyinmiş olaraq yerinizdə durun. Bütün bunlara əlavə olaraq şər olanın bütün yanar oxlarını söndürə bilmək üçün iman qalxanını əlinizə götürün. Xilas dəbilqəsini və Ruhun qılıncını, yəni Allahın kəlamını götürün.
Efesli̇lərə 6:14, 16–17
Ölümü əbədi olaraq yox edəcək, Xudavənd Rəbb bütün adamların üzündən göz yaşlarını siləcək, Bütün yer üzündən xalqının rüsvayçılığını götürəcək. Çünki Rəbb belə söylədi. O gün deyəcəklər: «Budur bizim Allahımız! Ona etibar etdik, O bizi qurtardı, Rəbb Odur, biz Ona ümid etdik. İndi isə O bizi qurtardığına görə Sevinib şadlanaq!»
Yeşaya 25:8–9
İman ümid edilənlərə etibar etmək, görünməyən şeylərə əmin olmaqdır.
İbrani̇lərə 11:1
İsrail övladları onların önündə iki kiçik sürü kimi ordugah qurdular, Aramlılar isə hər tərəfi tutmuşdular.
Bi̇ri̇nci̇ Padşahlar 20:27
Rəbb belə deyir: “Aramlılar ‹Rəbb təpələr Allahıdır, düzənliklər Allahı deyil› deyirlər. Buna görə də Mən bu böyük qoşunu bütünlüklə sənə təslim edəcəyəm və biləcəksiniz ki, Rəbb Mənəm”. Onlar bir-birlərinin qarşısında yeddi gün ordugahda qaldılar. Yeddinci gün döyüş başlandı. İsrail övladları bir gündə Aramlıların piyada qoşunundan yüz min nəfəri qırdılar.
Bi̇ri̇nci̇ Padşahlar 20:28–29
Sizsə, ey övladlar, Allahdansınız və yalançı peyğəmbərlərə qalib gəlmisiniz. Çünki sizdə olan Ruh dünyada olandan üstündür.
1 Yəhya 4:4
Qorxma, çünki Mən səninləyəm, Dəhşətə gəlmə, çünki Allahın Mənəm. Səni qüvvətləndirəcəyəm, Sənə kömək edəcəyəm. Sadiq sağ əlimlə Sənə dayaq olacağam.
Yeşaya 41:10
Onlar səninlə vuruşacaq, ancaq gücləri çatmayacaq, çünki səni qurtarmaq üçün Mən səninlə olacağam» Rəbb belə bəyan edir.
Yeremya 1:19
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax6 noy 2024
Kolosseli̇lərə 3:4 · Yəhya 11:25
5 noy 2024
Çixiş 30:23 · Çixiş 30:25
4 noy 2024
1 Peter 1:6 · 1 Peter 4:12–13
3 noy 2024
Huşə 14:9 · 1 Peter 2:7–8
2 noy 2024
1 Saloni̇kli̇lərə 5:15 · 1 Peter 2:21–23
1 noy 2024
Süleymanin Məsəlləri̇ 8:34 · Zəbur 123:2
