2 noy 2024
Gündəlik İşıq, 3 noyabr: Çünki Rəbbin yolları düzdür
Gündəlik İşıq
Çünki Rəbbin yolları düzdür. Salehlər o yollarla gedir, Ancaq üsyankarlar o yollarda büdrəyir.
Huşə 14:9
Beləliklə, iman edən sizlər üçün bu daş qiymətlidir ... «büdrəmə daşı və yıxma qayası» da oldu.
1 Peter 2:7–8
Kamilin pənahı Rəbbin yoludur. Şər iş görənin başı bəla ilə doludur.
Süleymanin Məsəlləri̇ 10:29
Qulağı olan eşitsin!
Matta 11:15
Kimin ağlı varsa, qoy buna fikir versin, Qoy Rəbbin məhəbbətini dərk etsin!
Zəbur 107:43
Bədənin çırağı gözdür. Əgər gözün sağlam olarsa, bütün bədənin də nurlu olacaq.
Matta 6:22
Kim Onun iradəsini yerinə yetirmək istəyirsə, təlimimin Allahdan olduğunu.
Yəhya 7:17
Çünki kimin varıdırsa, ona daha çox veriləcək və o, bolluq içində olacaq.
Matta 13:12
Allahdan olan şəxs Allahın sözlərini dinləyər. Sizsə dinləmirsiniz, çünki Allahdan deyilsiniz.
Yəhya 8:47
Sizsə həyata malik olmaq üçün Mənə tərəf gəlmək istəmirsiniz.
Yəhya 5:40
Quzularım səsimi eşidir, Mən də onları tanıyıram və Mənim ardımca gəlirlər.
Yəhya 10:27
Çünki bizim üçün körpə doğuldu, Bizə oğul verildi, Hakimiyyət onun çiyinləri üzərində olacaq, Onun adı Ecazkar Məsləhətçi, Qüdrətli Allah, Əbədi Ata, Sülh Hökmdarı olacaq.
Yeşaya 9:6
Dinlə, ey İsrail! Allahımız Rəbb yeganə Rəbdir.
Qanunun Təkrari 6:4
Mən və Ata birik». ... Mənim də Atada olduğumu anlayıb bilərsiniz.
Yəhya 10:30, 38
Əgər Məni tanısaydınız, Atamı da tanıyardınız.
Yəhya 8:19
Filip Ona dedi: «Ya Rəbb, Atanı bizə göstər, bu bizim üçün kifayətdir». İsa ona dedi: «Xeyli müddətdir ki, Mən sizinləyəm, Məni tanımadınmı, Filip? Məni görən, Atanı görmüş olur.
Yəhya 14:8–9
Budur, Mən və Allahın Mənə verdiyi övladlar.
İbrani̇lərə 2:13
O çəkdiyi iztirablarının bəhrəsini görüb qane olacaq.
Yeşaya 53:11
Var olan, Var olmuş və Gəlməli olan Külli-İxtiyar Rəbb Allah deyir: «Alfa və Omeqa Mənəm!»
Vəhy 1:8
İbrahim olmazdan qabaq Var Olan Mənəm.
Yəhya 8:58
Allah Musaya dedi: «Var Olan Mənəm». Sonra dedi: «İsrail övladlarına belə söylə: “‹Mənəm› deyən sizin yanınıza məni göndərdi”».
Çixiş 3:14
Amma Oğul haqqında bunu deyir: «Ey Allah, taxtın əbədilik.
İbrani̇lərə 1:8
Hər şeydən əvvəl var olan Odur və hər şey Onda bərqərar olur.
Kolosseli̇lərə 1:17
Çünki Allahın tam bütövlüyü bədəncə Məsihdə yaşayır.
Kolosseli̇lərə 2:9
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax1 noy 2024
Süleymanin Məsəlləri̇ 8:34 · Zəbur 123:2
31 okt 2024
Zəkəri̇yyə 4:6 · Yeşaya 40:13
30 okt 2024
Mərsi̇yələr 3:26 · Zəbur 77:9
29 okt 2024
Nəğmələr Nəğməsi̇ 5:16 · Zəbur 104:34
28 okt 2024
Yeşaya 59:16 · Zəbur 40:6–8
27 okt 2024
Matta 8:17 · Levi̇li̇lər 14:4–7
