İndi isə, ya Rəbb Allah, bu qulun və onun nəsli haqqında söylədiyin sözü əbədi saxla və dediyinə əməl et.
İKİNCİ ŞAMUEL 7:25
Gündəlik İşıq

İndi isə, ya Rəbb Allah, bu qulun və onun nəsli haqqında söylədiyin sözü əbədi saxla və dediyinə əməl et.
İKİNCİ ŞAMUEL 7:25
Səndən qorxanlara verdiyin vədini Qulun üçün həyata keçirt.
ZƏBUR 119:38
Məni təhqir edənlərə layiqincə cavab verəcəyəm, Çünki Sənin sözlərinə güvənirəm.
ZƏBUR 119:42
Sən quluna verdiyin sözü xatırla, Bu sözünlə mənə ümid vermisən.
ZƏBUR 119:49
Sənin qaydalarını bu qürbət eldə İlahi tək oxuyuram.
ZƏBUR 119:54
Ağzından çıxan qanun mənim üçün Minlərlə qızıldan, gümüşdən daha qiymətlidir.
ZƏBUR 119:72
Ya Rəbb, sözün əbədidir, Göylərdədir, dəyişməzdir. Sədaqətin nəsildən-nəslə çatır, Yer üzünü Sən qurmusan, möhkəm qalır.
ZƏBUR 119:89-90
Eləcə də Allah vədin varislərinə iradəsinin dəyişməzliyini daha açıq-aşkar etmək istəyərək Öz vədini andla təsdiqlədi. Belə ki qarşımıza qoyulan ümidə bağlanmaq üçün Allaha sığınan bizlər Allahın bunlarda yalan danışması qeyri-mümkün olduğuna görə iki dəyişilməz şeydə – Onun vəd və andında böyük təsəlliyə malik olaq. Can lövbərimiz kimi möhkəm və sarsılmaz olan bu ümid məbədin pərdəsinin arxasındakı iç otağa daxil olur. İsa ilk olaraq bizim uğrumuzda oraya daxil oldu; O, Melkisedeq vəzifəli əbədi Baş Kahin olmuşdu.
İBRANİLƏRƏ 6:17-20
Beləliklə, O bizə çox böyük və dəyərli vədlər verdi ki, bunlar vasitəsilə ehtirasın nəticəsi olan dünyadakı pozğunluqdan qaçıb ilahi təbiətə şərik olasınız.
2 PETER 1:4
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
30 okt 2024
Lamentations 3:26
29 okt 2024
Song of Solomon 5:16
28 okt 2024
Isaiah 59:16
27 okt 2024
Matthew 8:17
26 okt 2024
Psalms 99:1
25 okt 2024
Matthew 28:20
24 okt 2024
Jonah 2:4

Yeni İmanlılar
Yeni iman edənlər, xristian həyatınız üçün əsas bələdçilik tapın. Əbədi həyat, iman paylaşımı, dua, Müqəddəs…
Xristologiya
Əbədi Kəlam, insanların Nuru və Allahın lütfünün təcəssümü kimi Məsihi açıqlayan Yəhya 1-i araşdırın.
Allahın sifətləri
Allahın yaradılışının, lütfünün və sevgisinin sonsuz təbiətini araşdırın. Onun dərk edilməz müdrikliyi və…
Qərar Qəbuletmə
Düzgün seçimlər etmək üçün Allahın hikməti lazımdır. Yeşuanın nümunəsindən öyrənin və qətiyyətli hərəkət üçün…

Yeni İmanlılar
Yeni iman edənlər, xristian həyatınız üçün əsas bələdçilik tapın. Əbədi həyat, iman paylaşımı, dua, Müqəddəs…
Qurtuluş
Sizi cənnətə daxil etməyəcək yeddi ümumi inancı kəşf edin. İsanın qurtuluş haqqında nə öyrətdiyini və…

Xristologiya
Əbədi Kəlam, insanların Nuru və Allahın lütfünün təcəssümü kimi Məsihi açıqlayan Yəhya 1-i araşdırın.

Allahın sifətləri
Allahın yaradılışının, lütfünün və sevgisinin sonsuz təbiətini araşdırın. Onun dərk edilməz müdrikliyi və…
Məsih
Əhdi-Ətiq peyğəmbərliklərini araşdırın, İbrahimin nəslindən Beytlehemdə doğulmasına qədər Məsihi…