Məzlumlar və fəqirlər Su axtarıb tapmayanda Dilləri susuzluqdan quruyur. Mən Rəbb onlara cavab verəcəyəm. Mən İsrailin Allahı onları tərk etməyəcəyəm.
YEŞAYA 41:17
Gündəlik İşıq

Məzlumlar və fəqirlər Su axtarıb tapmayanda Dilləri susuzluqdan quruyur. Mən Rəbb onlara cavab verəcəyəm. Mən İsrailin Allahı onları tərk etməyəcəyəm.
YEŞAYA 41:17
Çoxları deyir: «Kim bizə yaxşılıq edəcək?» Ya Rəbb, üzünün nurunu üstümüzə sal.
ZƏBUR 4:6
İnsanın səma altında çəkdiyi bütün zəhmətlərin, ürəyindəki qayğıların ona nə faydası var? Onun bütün günləri dərd içində, işləri kədər içində keçir. Hətta gecə də ürəyi rahatlanmır. Bu da puçdur.
VAİZ 2:22-23
Beləcə həyata nifrət etdim, Çünki səma altında edilən işlər Mənim üçün dərddir. Hər şey puçdur, Külək dalınca qaçmağa bənzər.
VAİZ 2:17
“Çünki xalqım iki pis əməl etdi: Məni – axar suların mənbəyini atıb Özlərinə hovuzlar, su saxlamayan çatlı hovuzlar düzəltdilər.
YEREMYA 2:13
Atanın Mənə verdiyi şəxslərin hamısı yanıma gələcək və yanıma gələni heç vaxt kənara atmaram.
YƏHYA 6:37
Susamış torpağı sulayacağam, Quru torpağa sellər axıdacağam, Övladlarına Ruhumu ehsan edəcəyəm, Nəslinə xeyir-duamı verəcəyəm.
YEŞAYA 44:3
Nə bəxtiyardır salehlik üçün acıb-susayanlar! Çünki onlar doyacaq.
MATTA 5:6
Ey Allah, mənim Allahım Sənsən, Sənin üçün yaman qəribsəmişəm. Quraq, cansıxıcı, susuz bir diyarda Sənsiz könlüm susuzdur. Bütün varlığımla həsrətini çəkirəm.
ZƏBUR 63:1
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
23 okt 2024
Luke 12:15
22 okt 2024
Psalms 108:1
21 okt 2024
John 1:16
20 okt 2024
Romans 7:22
19 okt 2024
Proverbs 3:26
18 okt 2024
John 19:34
17 okt 2024
Psalms 89:16
Qurtuluş
Allah bütün günahkarlara, keçmişlərindən asılı olmayaraq, mərhəmət, bağışlanma və xilas üçün açıq dəvətlər…

Qurtuluş
Həyat və ölümə, ölüm qorxusuna və İsa Məsihə iman vasitəsilə əbədi həyatda tapılan sülhə dair Müqəddəs Kitab…
Milad
Bu Miladda Məsihdə əsl mənsubiyyət, təhlükəsizlik və nikbinlik tapın. Dünyəvi evlər uğursuz ola bilər, lakin…
Qurtuluş
İsa Məsih vasitəsilə Allahın cənnətə aparan əsl yolunu kəşf edin. Yaxşı əməllər sizi xilas etməyəcək; yalnız…

Qurtuluş
Həyat və ölümə, ölüm qorxusuna və İsa Məsihə iman vasitəsilə əbədi həyatda tapılan sülhə dair Müqəddəs Kitab…

Milad
Bu Miladda Məsihdə əsl mənsubiyyət, təhlükəsizlik və nikbinlik tapın. Dünyəvi evlər uğursuz ola bilər, lakin…
İsa Məsih
İsa Yerusəlimin rədd edilməsindən kədərlənir, sevgisini balalarını yığan toyuğa bənzədir. Allahın davamlı…
Allahın Krallığı
Allahın krallığının ruhani təbiətini, onun tarixi kontekstini və xristianların təbəə kimi necə yaşamalı…