Tülküləri, kiçik tülküləri tutun, Üzümlükləri korlamağa qoymayın, Çünki bağlarımız çiçəklənib.
NƏĞMƏLƏR NƏĞMƏSİ 2:15
Gündəlik İşıq

Tülküləri, kiçik tülküləri tutun, Üzümlükləri korlamağa qoymayın, Çünki bağlarımız çiçəklənib.
NƏĞMƏLƏR NƏĞMƏSİ 2:15
Kim öz səhvlərini duya bilər? Məni gizli təqsirlərimdən təmizlə.
ZƏBUR 19:12
Diqqət edin ki, heç kim Allahın lütfündən məhrum olmasın, aranızda bir acı kök böyüyüb əziyyət verməsin və bununla bir çoxlarını murdar etməsin.
İBRANİLƏRƏ 12:15
Yaxşı irəliləyirdiniz. Axı həqiqətə itaət etmə yolunuzu kim kəsdi?
QALATİYALILARA 5:7
Əminəm ki, sizdə xeyirli işə başlayan Allah Məsih İsanın zühur edəcəyi günədək bunu başa çatdıracaq.
FİLİPİLİLƏRƏ 1:6
Lakin həyat tərziniz Məsihin Müjdəsinə layiq olsun. Gəlib sizi görsəm də, gəlməyib haqqınızda eşitsəm də, bilim ki, siz bir ruhda möhkəm dayanıb Müjdəyə əsaslanan imanda canbir olaraq səy göstərirsiniz
FİLİPİLİLƏRƏ 1:27
Dil də elədir, bədənin kiçik üzvüdür, amma çox öyünür. Baxın, balaca bir qığılcım böyük bir meşəni yandırır! Dil də oddur. Dil bədən üzvlərimizin arasında haqsızlıq dünyasıdır. O bütün bədənimizi ləkələyir və özü cəhənnəmdən odlandırıldığı kimi həyatımızın gedişatını da odlandırır.
YAQUB 3:5-6
Amma dili heç bir insan əhliləşdirə bilmir. Dil qarşısıalınmaz bəladır və öldürücü zəhərlə doludur.
YAQUB 3:8
Sözünüz duzlu və hər zaman lütflə dolu olsun. Beləcə hər adama necə cavab vermək lazım olduğunu biləsiniz.
KOLOSSELİLƏRƏ 4:6
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
29 okt 2024
Song of Solomon 5:16
28 okt 2024
Isaiah 59:16
27 okt 2024
Matthew 8:17
26 okt 2024
Psalms 99:1
25 okt 2024
Matthew 28:20
24 okt 2024
Jonah 2:4
23 okt 2024
Luke 12:15

Günah
Məsihçilər günah edəndə, onların Allahla münasibətləri təhlükəsizdir, lakin ünsiyyət pozulur. Etiraf və özünü…
Üsyan
Musa və Miryəmin üsyanı, Miryəmin cüzam xəstəliyi və günah, təvazökarlıq və bərpa dərsləri haqqında hekayəni…
Ailə
Müsbət münasibət qəbul edərək, fəzilətləri tətbiq edərək və ünsiyyəti yaxşılaşdıraraq ailə münaqişələrini…
Səbir
Yusifin zindan təcrübəsi çətinliklər vasitəsilə səbir və Allaha güvənməyi öyrədir. Allahın sınaqlardan imanı…
Namaz
Uşaqlarınızın ruhani səyahətinə rəhbərlik etmək üçün 31 günlük dua nöqtələrini kəşf edin. Onların qurtuluşu…
Ruhani dəyişiklik
Sözlər güclüdür, millətlərə, cəmiyyətlərə və fərdlərə yaxşılıq və ya pislik üçün təsir edir. Ürəyimiz…